Əsas Səhifə > Siyasət, Manşet > "Sovetski"nin Səməd İslamovla Cavanşir Yusifov bəlası
"Sovetski"nin Səməd İslamovla Cavanşir Yusifov bəlası4-07-2016, 09:25 |
Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küç, ev-98, mən-46-da müvəqqəti yaşayan İsmayılova Ceyran İfit qızı tərəfindən Miq.az-ın redaksiyasına daxil olmuş məktubu olduğu kimi təqdim edirik: Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifova ƏRİZƏ Çox hörmətli Abid Şərifov! Diqqətinizə çatdırmaq istəyirəm ki, artıq 2-ilə yaxındır Azərbaycanda elə qurum, elə təşkilat qalmayıb ki, ora müraciət etməyək, teleqram göndərməyək, ərizə ünvanlamayaq. Amma heç bir faydası olmamışdır. Sizlərin qəbuluna gəlib, dərdimizi söyləyib, haqq xahişimizə Sizdən kömək istəyirik, müdafiə olunmağımızı rica edirik. İnanırıq ki, göz yaşları ilə yazdığımız bu ərizəmizə doğma münasibət bəsləyəcək, 2-ilə yaxın müddət ərzində çözülməyən haqq işimizi öz böyüklüyünüzlə, ədalətli olmağınızla yoluna qoyacaq və 13-nəfərlik ailə üzvlərimizin sevinc və alqışlarını qazanacaqsınız. Hörmətli Abid Şərifov! Yasamal rayonundakı "Sovetski” ərazisindəki ata mülkümüzdə, yəni S.Əsgərova-9/96 ünvanında həyat yoldaşımı 2010-cu ildə itirəndən sonra 13-nəfərlik ailə üzvlərimizin həm atası, həm də anası mən olmuşam. 13-nəfərlik ailə üzvlərimizlə yuxarıda göstərilən ünvanda çətinliklə də olsa birtəhər yaşamış, ata mülkümüzün söküləcəyinə və bizlərə evimizin hər kvadratmetrinə 1500 (min beş yüz) manat pul, kompensasiya veriləcəyinə ümid edərək ömür sürmüşük. Eyni zamanda Möhtərəm Cənab Prezidentimiz İ.Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetindəki 16.04.2012-ci il tarixli müşavirədə sökülən mənzillərin hər kvadratmetri üçün 1500 (min beş yüz) manat kompensasiya ödənilməsinə dair tapşırıq və göstərişləri, Baş nazirin müavini Abid Şərifovun "Sovetski” sakinlərinin mitinqlərində dəfələrlə hər kvadratmetrə 1500 manat kompensasiya ödəniləcəyinə rəsmi söz verməsi və ölkəmizdə fəaliyyət göstərən bütün KİV-lərdə sökülən mənzillərin hər kvadratmetri üçün 1500 manat kompensasiyanın dövlət tərəfindən ödəniləcəyinə dair əlaqədar qurum rəhbərlərinin müsahibələri, vədləri unudulmazdır. Lakin Möhtərəm Cənab Prezidentimizin yuxarıda qeyd olunan müşavirədəki göstəriş və tapşırıqlarının qulaqardına vurulması, şəxsən siz -baş nazirin müavini Abid Şərifovun rəsmi bəyanatlarının bəzi qurumlar tərəfindən unudulması mənim kimi 13-nəfərlik ailə başçısına böyük problemlər yaratmışdır. Belə ki, ata mülkünün 35-kvadratmetrinin hər kvadratmetrinə 1500 manatdan, qalan 110-kvadratmetrinin hər kvadratmetrinə 1000 (min) manatdan kompensasiya ödənilmiş, 13-nəfərlik ailə üzvlərimizi həyatın ümidinə buraxaraq vəzifələrini bitmiş hesab etmişlər. Bu məsələdə 13-nəfərlik ailə üzvlərimizin mülkiyyət hüquqlarını pozan, vətəndaş haqqını tapdalayan məmurlardan biri Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidmətinin "əbədi” rəisi Cavanşir Yusifov, ikincisi isə Yasamal RİH-nin nəzdində yaradılmış Köçürülmə Komissiyasının sədri Səməd İslamovdur desəm səhv etmərəm. Adı çəkilən hər iki dövlət məmurları öz mənafelərini həm mənim, həm də dövlət mənafelərindən üstün tutmaqda püxtələşmişlər. Dəfələrlə qəbullarına gedib dərdimə əlac axtarmağıma baxmayaraq, məni kabinetlərindən qovmaqdan çəkinməmişlər və yarıtmazlığı, savadsızlığı ucbatından küçələrə atılan 13-nəfərlik ailə üzvlərimizin taleyinə biganə qalmışlar. Həm Səməd İslamovun, həm də Cavanşir Yusifovun 13-nəfərlik ailəmizə qarşı sərgilədikləri kobud qanun pozuntusuna görə hələ də onlara "gözün üstə qaşın var” deyən tapılmamışdır. Halal haqqımızı mənimsəyən, Möhtərəm Cənab Prezidentimizin sökülən mənzillərin hər kvadratmetrinə 1500 manat kompensasiya ödənilməsinə dair göstəriş və tapşırıqlarına məhəl qoymayan, şəxsən siz Abid Şərifovun mitinqlərdə rəsmi açıqlamalarınız, öhdəlikləriniz və KİV-lərdəki müsahibələrinizi bu günə kimi qulaqardına vuran Səməd İslamov və Cavanşir Yusifov hələ də bizim-13 nəfərlik ailə üzvlərimizin halal haqqını verməməkdə mülkiyyət hüquqlarımızı pozmaqda davam edirlər!!! Elə ona görə də Sizlərin diqqətinə çatdırmaq istəyirəm ki, təməli Mərhum Ümumilli Liderimiz tərəfindən qoyulan hüquqi dövlətimizdə bəzi məmurlar tərəfindən vətəndaşlıq hüquqlarımız pozulur, 13-nəfərlik ailə üzvlərimizlə birlikdə acınacaqlı həyat yaşayır və halal haqqımızı əldə edə bilmirik. Axı Bakı ş. Yasamal r. S.Əsgərova-9/96 ünvanındakı Ata Mülkümüzün hər kvadratmetrinə 1500 manat kompensasiya ödənilsəydi, indi 13-nəfərlik ailə üzvlərimizlə birlikdə çətinliyə düşməz, əlaqədar təşkilat rəhbərlərindən kömək istəməzdik. Ata Mülkünün 110-kvadratmetrinin hər kvadratmetrinə 1000 (min) manat məbləğində kompensasiyanın ödənilməsi qanunsuzluq, rüsvayçılıqdir. Sökülən mənzillər arasında qoyulan belə fərqlər nəyə hesablanıb, deyə bilmərəm. Amma bizim 13-nəfərlik ailə üzvlərimizin halal haqqını mənimsəyənlər qanun qarşısında cavab verməli və vurduqları zərəri dərhal ödəməlidirlər! Hörmətli Abid müəllim! Sizin qəbulunuza gələrək başımıza açılan kobud qanun pozuntularını diqqətinizə çatdırmaqla Sizdən xahiş edirəm, yuxarıda qeyd etdiklərimə əsasən məsələni Şəxsi Nəzarətinə götürməklə halal mənzilimin 110-kvadratmetrinin hər kvadratmetrinə -1500 (min beş yüz) manat əvəzinə 1000 (min) manat kompensasiya ödənilməsinin aradan qaldırılması və bu bu özbaşınalıqları, qanunsuzluqları ailəmizin başına açan Səməd İslamovun, Cavanşir Yusifovun vəzifələrindən sui-istifadə hallarına yol verdiklərinə görə müvafiq qanuni tədbirlər görülməsi üçün əlaqədar orqan rəhbərlərinə göstəriş verəsiniz. Hörmətli Abid Şərifov! Sizə ünvanladığımız məktubdakı problemlərlə bağlı mətbuata müsahibə vermişdiniz. Bildirmişdiniz ki, aparılan söküntü işləri qanun çərçivəsində həyata keçirilir və bəzi vətəndaşların məhkəməyə müraciət etmələri də qanun çərçivəsində həllini tapacaq. Hörmətli Abid müəllim! Bu məktub vasitəsilə məhkəmədən əvvəl sizə müraciət edərək bildiririk ki, hüquqlarımızın qanunla müdafiəsi üçün sizdən kömək gözləyirik. Geri qayıt |