Əsas Səhifə > Siyasət, Manşet > Havar Məmmədov rəsmən oliqarx imiş...
Havar Məmmədov rəsmən oliqarx imiş...20-06-2016, 08:55 |
Bir neçə gün əvvəl Azərbaycan Texniki Universitetində (AzTU) baş verənlərlə bağlı geniş məlumat vermişdik. Həmin yazıda Havar Məmmədovun tələbələrdən imtahanlar üçün pul yığılmasına göstəriş verdiyindən, keçid balı üçün tələbələrdən 200 manat alındığı, rektorun böyük biznesə girişdiyini, ləğv olunmuş MTN-in keçmiş generalları ilə əlaqələri, prorektor Namiq Məmmədovun MTN-lə əlaqələndirici funksiyası, habelə Çovdarovun əlinə keçməsi və 3 milyon dollar ödəmək məcburiyyətində qalmasından bəhs etmişdik. JAM.AZ bu dəfə Havar Məmmədovun başqa məziyyətlərini ortalığa çıxarıb. Quyunu qazan başqası, adı çıxan rektor… Qeyd edək ki, AzTU-nun rektoru Havar Məmmədovun maddi imkanları həddindən artıq genişdir. Onun böyük resurslara məhz universitet sayəsində sahibləndiyi də sirr deyil. JAM.AZ xəbər verir ki, dekanlar və prorektorların əliylə gördüyü işlərdən dolayı ortaya çıxan mənzərə isə daha fərqlidir. Bildirək ki, Havar Məmmədov bir zamanlar İmişlidən Milli Məclisə deputat seçilib. Həmin dönəmlərdə «kasıb» vaxtları olduğundan rayon üçün tutarlı heç bir iş görməyib. Əslində, hər hansı bir iş görmək istəyi də olmayıb. Çünki AzTU-nun rektoru boş yerə pul xərcləməyi sevmir. Onunku pul qoyub, pul götürməkdir. Biznesdəki kimi… JAM.AZ xəbər verir ki, İmişlidə günlərin birində xəbər yayılır ki, Havar Məmmədov bəzi susuzluqdan əziyyət çəkən kəndlərin sakinləri üçün quyu qazdırır. Artezian quyularını qazan maşınlar da həmin kəndlərə gəlir və işlərini görüb gedirlər. Bir xeyli müddət camaatda o təsəvvür olur ki, Havar Məmmədov bu quyuları öz imkanları hesabına qazdırıb. Lakin bir qədər sonra aydınlaşır ki, məsələdə Havar Məmmədovun yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur. Quyuları qazan isə Nazirlər Kabinetinin qərarıyla Su və Meliorasiya QSC olub. Bildirək ki, Havar Məmmədovun məsələdə adının hallanması təsadüfi olmayıb. Bunu keçmiş deputatın, indiki rektorun ətrafındakı adamlar ediblər. Onlar hamam suyu ilə dost tutmağa çalışsalar da, alınmayıb. Yəni, quyular dövlət hesabına qazılıb, deputatın adamları isə onu Məmmədovun adına çıxarmaqla reklam etmək istəyiblər. O da alınmayıb… Xocahəsəndə dəmir zavodunun «sirri» JAM.AZ-ın araşdırmaları zamanı bəlli olub ki, Havar Məmmədovun böyük biznes şəbəkəsi var. Həmin şəbəkənin işlədilməsi isə universitetin inzibati təsərrüfat işləri üzrə prorektor Abuzər Mirzəyevə tapşırılıb. Ona görə ki, Mirzəyev həm biznes sahəsində bacarıqlıdır, həm də rektorun qohumudur. Qeyd edək ki, araşdırmalar zamanı Havar Məmmədovun zavodlarından biri aşkarlanıb. Binəqədi rayonu, Xocahəsən qəsəbəsində fəaliyyət göstərən dəmir zavodunda armatur və digər məhsullar istehsal edilir. İllik dövriyyəsi orta səviyyədə olan, lakin tikinti bazarında tanınmış olan bu zavodun illik bir neçə milyon manat gəlir gətirdiyi deyilir. JAM.AZ xəbər verir ki, həmin zavodda hər şey normal olsa da, təhlükəsizlik qaydalarına riyayət edilmədiyindən tez-tez qəzalar baş verir. Belə ki, bu yaxınlarda bir neçə fəhlə məhz təhlükəsizlik qaydalarına riyayət etmədiləri üçün xəsarət almalı olublar. 4 milyonluq villa Ötən yazılaramızda AzTU-nun rektoru Havar Məmmədovun villalara sahib olması barədə məlumat vermişdik. Bildirmişdik ki, universitetin təmirinə ayrılmış pulların bir qismi Novxanıda bahalı villanın inşa edilməsinə sərf olunub. JAM.AZ-ın araşdırmaları və axtarışları nəticəsində Havar Məmmədovun daha bir villasını aşkarlamaq mümkün olub. Belə ki, bu dəfə Heydər Əliyev Məscidinin yaxınlığında, «milyonçular məhəlləsi» deyilən ərazidə rektorun 3 mərtəbəli villasını fotolentə ala bilmişik. Ərazidə yaşayan şəxslərdən, habelə tikintidən xəbəri olan şəxslərdən öyrəndiklərimizdən belə məlum olub ki, həmin villanın inşasına ən azı 4-5 milyon manat vəsait xərclənib. Hər halda Havar Məmmədovun bu qədər pulu hardan qazandığı sualını verməyə gərək yoxdur. P.S. AzTU-nun rektorunun oğlunun Ədliyyə Nazirliyinin Hospitalına necə gedib çıxması, kürəkəninin hansı işlərlə məşğul olduğu, habelə rektorun dekanlara son günlər hansı təlimatları verdiyi barədə də yaxın günlərdə araşdırmamızı oxuyacaqsınız. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |