Əsas Səhifə > Siyasət, Manşet > Göyçay sakinləri nədən narazılıq edir?

Göyçay sakinləri nədən narazılıq edir?


24-05-2016, 08:17
Göyçay sakinləri nədən narazılıq edir?
DİA.AZ: - Göyçay rayon sakinləri tərəfindən redaksiyamıza şikayət məktubu ünvanlanıb. Narazı sakinlər DİA.AZ-a yazır:

"Göyçay Su kanal İdarəsinin müdiri İlqar Mütəllibovun özbaşına saxtakar əməllərindən rayon çamaatı bezib.Bu yaramazın saxta sənədlərlə şişirdilmiş qiymətlər tərbiq edib rayon əhalisini soymaqla məşğuldur.Bizim yaşadığım evlərdə su olmadığı halda debutor borcu adı ilə hər birimizə 200 manat pul yazıb .Hansı ki, evimizdə heç vaxt su olmayıb, suyu maşınla alıb istifadə etmişik.Bu fakt İlqar Mütəllibovun saxta əməllərlə məşğul olduğunu tam subut edir.Belə saxtakarlığın qurbanı olan göyçaylı ailə yüzlərlədir.İlqar Mütəllibovun digər saxta əməlləri isə Göyçay rayon məhkəməsinin qərarı ilə subut olunub.Belə ki, İlqar Mütəllibov "Azəraqrartikinti" ASC-nin Göyçay şəhəri Bəhəddin Mirzəyev küçəsindəki ,6,2087 ha torpaq sahəsini özbaşına zəbt edib, həmin yeri hasara aldırıb bağ salıb tikinti işləri aparıb.Buna görə Göyçay rayon məhkəməsinin 03 may 2016-cı il tarixli qərarı ilə təmir-tikinti-bərpa işərinin aparılmasına cavabdeh İlqar Mütəllibovun əraziyə daxil olmasına qadağa qoyulması qeyd edilmişdir".

Göyçay sakinləri nədən narazılıq edir?

Daha sonra dia-az.site-a daxil olan müraciətdə deyilir: "Buna baxmayaraq İlqar Mütəllibov məhkəmə qərarını icrasına qəsdən icra etməyərək həmin əraziyə gedib tikinti işlərini davam etdirir.Onun bu qanuna zidd hərəkətləri göstərir ki, İlqar Mütəllibov cəzasızlıqdan azğınlaşaraq qanunlara əməl etmir.Göyçay rayon məhkəmə icraçıları İlqar Mütəllibovdan qorxduqları üçün öz işlərinin öhdəsindən gələ bilmirlər.Hansı ki, məhkəmə qərardadını qərəzli olaraq qəsdən icra etmədiyi üçün onun barəsində qanunu tədbirlər görülməli inzibati və cinayət məsuliyyətinə cəlb edilməlidir.Bunu isə etməkdə Göyçay rayon İcra Qrupu çox-çox acizdilər.Onuda qeyd edək ki, iki eşşəyin arpasını bölməyi bacarmayan İlqar Mütəllibovun Göyçay Su Kanal İdarəsinə müdir vəzifəsinə təyin edilməsi də təsadüf deyil.

Göyçay sakinləri nədən narazılıq edir?
Göyçay sakinləri nədən narazılıq edir?

O, şəxsən məclisdə bildirib ki, müdir vəzifəsinə təyin edilməsi üçün "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynova 50.000 manat pul verib.İlqar Mütəllibov etkadan kənar dövlət vəzifəsini icra etməyə mədəniyyəti,savadı olmayan bir şəxsdir.O, vəzifəsinə ticarət obyekti kimi baxır.İlqar Mütəllibovun fəaliyyəti araşdırılarsa onun müdir vəzifəsinə təyin olunduğu bir il müddətində küllü miqdarda dövlət vəsaitini taladığı subut olunacaq.Buna görə də müvafiq orqanlardan xahiş edirik bu talançının fəaliyyəti ciddi araşdırılıb barəsində qanunu tədbirlər görülsün.Biz artıq bu barədə müvafiq orqanlara şikayət ərizələri göndərmişik".

Göyçay sakinləri nədən narazılıq edir?

dia-az.site bildirir ki, şikiayət məktubunu Göyçay rayon sakinləri daından Qarayev Teymur Əli oğlu, Məmmədov Yalçın Saday oğlu, Alıyev Paşa Nazim oğlu və Rəhimiv Azər Yasin oğlu imzalayıb.

Qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt