Əsas Səhifə > Siyasət, Manşet > Qorxmaz Hüseynovun qardaşının korrupsiya əməlləri ilə bağlı şok sənəd
Qorxmaz Hüseynovun qardaşının korrupsiya əməlləri ilə bağlı şok sənəd18-05-2016, 08:25 |
Bir müddət öncə Bakının Sabunçu rayonu Ramana qəsəbəsindəki "Şuşa” şəhərciyində yaşayan Füzuli rayonu Böyük Bəhmənli kəndindən olan məcburi köçkün Elnur Mənsur oğlu İsmayılovun "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovla bağlı prezidentə ünvanladığı şikayət məktubunu dərc etmişdik. İsmayılov bu gün Arqument.Az-a Hüseynovlarla bağlı sensasiya yaradacaq faktlar təqdim edib. Məlumatda bildirilir ki, şirkətin rəhbəri Qorxmaz Hüseynovun qardaşı, SOCAR-ın Geofizika və Geologiya İdarəsində rəis müavini vəzifəsində işləmiş, hazırda qazma işləri trestinin rəis müavini vəzifəsində işləyən Faiq Hüseynov həyata keçirilən tenderlərdə milyonlarla manat vəsait əldə edib. Onun sözlərinə görə, Faiq Hüseynov tenderlərin keçirilməsinə birbaşa özü nəzarət edir. Bu zaman qiymətlər 7-8 dəfə şişirdilir. Aşağıda göstərilən qaimələr isə həmin tenderlər zamanı ayrılmış vəsaitlərə aiddir. Və bu zaman olduqca ilginc məqamlar ortaya çıxıb. Çünki həqiqətən də ortada bir avadanlıq üzrə milyonlarla manat pulun silindiyi açıq şəkildə görünür. Aşağıda göstərilən qaimələrdə təkcə bir avadanlığın bir ehtiyat hissələri üçün sərf olunmuş vəsait qeyd olunub. Belə ki, «ARAM ARİES» adlı həmin avadanlığın ehtiyat hissələri olan RAM-ların alınması zamanı şirkət külli miqdarda büdcə vəsaitini silib. Qaimələri, onların hansı tarixlər üçün imzalandığını təqdim edirik: 23.02.2011-ci il Qaimə №_______117556 28.02.2011-ci il Qaimə №_______117590 30.12.2011-ci il Qaimə №_______490021,490022 29.01.2012-ci il Qaimə №_______490093 21.02.2012-ci il Qaimə №_______490122 16.03.2012-ci il Qaimə №_______490263 09.04.2012-ci il Qaimə №_______490263 12.04.2012-ci il Qaimə №_______490312 17.07.2012-ci il Qaimə №_______490624,490625,490626,490627 490628,490629,490630,490631 20.07.2012-ci il Qaimə №_______490634 19.04.2013-cü il Qaimə №_______491641 17.05.2013-cü il Qaimə №_______616704 31.05.2013-cü il Qaimə №_______616739 13.08.2013-cü il Qaimə №_______617049,616954,616955,616956,616957 25.08.2013-cü il Qaimə №_______616958 01.10.2013-cü il Qaimə №_______617049 Məlumatda həmçinin vurğulanır ki, qeyd olunan cədvəldə «ARAM ARİES» avadanlığının ehtiyat hissələrinin qiyməti dəfələrlə şişirdilib: "Avadanlığın ehtiyyat hissəsi olan Ram yaddaş qurğusunun faktiki qiyməti 1500-2000 AZN arasında olduğu halda, 2010-cu ildə 9432 AZN, 2011-ci ildə isə 19350 AZN-ə alınıb". Onun sözlərinə görə, bu ehtiyat hissələri idarəyə Faiq Hüseynovun kiçik övladının kirvəsi Şamil Abdullayev tərəfindən alınıb: "Məhz bu avadanlıqlar alındıqdan sonra Şamil Abdullayev Xətai rayonu dairəsinin üst hissəsində yerləşən "PARK HAUSE” kompleksini tikdirib". "Əlavə qeyd edim ki, Şamil Abdullayev "PARK HAUSE” kompleksinin sahibi kimi tanınır. "ARAM ARİES" avadanlığının ehtiyat hissəsinin alışı zamanı Faiq Hüseynov Şamil Abdullayev vasitəsi ilə 3 milyon manatdan artıq pul mənimsəyiblər. Aşağıda yayımladığımız cədvəl isə indiyə qədər tender yolu ilə həyata keçirilmiş işlərdən əldə olunan gəlirləri ehtiva edən sənədlərin bir qismidir. Məlumatlara görə, həmin məbləğlərin böyük qismi Faiq Hüseynov tərəfindən mənimsənilib, - deyə şikayətçi bildirib. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |