Əsas Səhifə > Siyasət, Manşet > Qəbələ rayonu Ağdaş icra başçısının girovluğunda?

Qəbələ rayonu Ağdaş icra başçısının girovluğunda?


3-05-2016, 08:46
Qəbələ rayonu Ağdaş icra başçısının girovluğunda?
Cumhuriyyət. az olaraq Qəbələ rayonundan şikayətçilərin elektron poçtumuza göndərdikləri şikayət dolu məktubları dəfələrlə dərc etməyimizə baxmayaraq, burada məmur qudurğanlığı hər ötən gün artmaqdadır. Əslində insanların istədikləri hər bir kəsə gün kimi aydındır. Qəbələ insanı vəzifə davası etmir. Qəbələ insanı iş istəyir, ailə-uşağına davamlı çörək istəyir. Qəbələ insanı məmurlardan tələb edir ki, onun haqqına girməsinlər. Qəbələ insanı ailəsinin çörəyini əlindən alaraq haram yolla varlanıb, hər gün onu əzən, harın həyat sürən, kasıbların bədbəxtliyi üzərində öz xoşbəxtliyini quran məmurlara qarşı sivil qaydada öz etirazını bildirir. Bəs əvəzində nə ilə qarşılaşır?
Burada insanlar istənilən an şərlənərək həbs oluna və külli miqdarda cərimələnə bilərlər. Çünki mövcud ölkə qanunları Qəbələ rayonunda işlək vəziyyətdə deyil. Burada məmurların iradəsi qanunlardan yüksəkdə dayanır. Rayon isə bütünlüklə bir sıra məmurların girovluğundadır. Rayonun kuratoru sayılan nazır Kəmaləddin Heydərovun yaxın qohum-əqrabası rayondakı ən gözəl yerlərə sahibdirlər. Daha dəqiq desək Qəbələ rayonu yalnız hörmətli nazirimizin yaxınları üçün mövcuddur. Qəbələ rayonundan cumhuriyyət. az olaraq elektron poçtumuza gələn növbəti informasiyanı dəyərli izləyicilərimizin diqqətinə təqdim edirik. Adının məxfiliyini qorumaq şərti ilə redaksiyamıza informasiya göndərən kiçik məmur, bunları yazır:
“Bakı-Şəki avtomobil magistralının Qəbələ rayonu ərazisində yerləşən Zərifə Əliyeva adına dövlət parkında, yeddi ədəd çayxana və restoran kimi fəaliyyət göstərən obyektlər Gilan holdinqə məxsus imiş. Bu obyektlər Qəbələ rayonunun sabiq icra başçısı, fövqaladə hallar naziri Kəmaləddin Heydərovun qohumu, hazırda Ağdaş rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimovundur. Tofiq İbrahimov Qəbələ rayonunda icra hakimiyyətinin başçısı vəzifəsində çalışdığı müddətdə bu obyektləri icarəyə verib. Sabiq başçı bu obyektləri ən yaxın qohumlarına icarəyə verib. Hazırda həmin obyektləri istifadə etməyən, sabiq başçının qohumları, buraları başqalarına icarəyə veriblər. Hər bir obyekt min manata (1000) manata icarədarlara icarəyə verilib. Hazırda həmin məbləğin dörd yüz manatı (400) gilan holdinqə, yerdə qalan altı yüz (600) manatı isə sabiq başçının özünə yaxud yaxın qohumlarının cibinə getdiyi bildirilir. Biz Qəbələ əhalisini bir sual düşündürür. Niyə dövlət parkının ərazisindəki obyektlərdən əldə edilən maliyyə vəsaitləri dövlət büdcəsinə deyil, şəxsi adamların korporativ maraqlarına xidmət etməlidir? Məgər Qəbələdə həllini gözləyən problemlər yoxdumu? Olmazmı ki, bu vəsaitlər hesabına rayonda hansısa problem həll olunsun? Məgər Qəbələ Tofiq İbrahimov və onun yaxınlarının girovluğuna verilib? Tofiq İbrahimov Qəbələni talan etdi, sonra Lənkərana getdi. Oranı da talan edib, indi Ağdaşa keçib. Hazırda Ağdaş rayonu onun əlindən cana yığılıb. Niyə heç kəs sadə, imkansız Qəbələ insanını düşünmür? Qəbələnin hazırki icra başçısı Səbuhi Abdullayev bir neçə dəfə yaxın ətrafının yanında deyib ki, Tofiq İbrahimovun nə özü ilə, nə də ki, qohumları ilə bacara bilmir. Həmin obyektlər hazırda şəhərin işıqlandırılması adı ilə, rəsmiləşdirilərək aylıq işıq pulu rayon büdcəsindən tutulur. Baxın Qəbələdə dövlət büdcəsinin talan edilməsinə dair daha bir sübut”.
Redaksiyadan: Yazıda adları keçən bütün şəxslərin fikirlərini dinləyib dərc etməyə hazır olduğumuzu bildiririk.

Geri qayıt