Əsas Səhifə > Siyasət, Manşet > Tağı Əhmədov da MTN çetesinin qurbanı olub...
Tağı Əhmədov da MTN çetesinin qurbanı olub...23-04-2016, 09:24 |
Bu günlərdə Baş prokurorluqda MTN-in keçmiş idarə rəisi, Eldar Mahmudovun mütəşəkkil cinayətkar qruplaşmasının ən qorxunc simalarından biri olan general Akif Çovdarovla onun əməllərindən zərər çəkən məmurlar arasında üzləşdirmə keçirilib. Bu haqda virtualaz.org saytı hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat əldə edib. Məlumata əsasən bir gün əvvəl, aprelin 22-də A.Çovdarov Səbael rayonunun keçmiş icra hakimiyyəti başçısı Mübariz Məmmədovun qardaşı, Binəqədi bələdiyyəsinin keçmiş sədri, habelə Səbael rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin indiki rəhbəri Hafiz Aberkatovla üzləşdirilib. Həmin şəxslərin adı Çovdarov və MTN-dəki mütəşəkkil cinayətkar qruplaşmanın işində zərərçəkən kimi keçir. Çünki Çovdarov onlardan hədə-qorxu və təhdid yolu ilə iri məbləğlərdə pul qoparıb. Ən maraqlı epizod isə Çovdarovun haqqında Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun şikayətidir. İstintaq orqanlarındakı mənbənin bildirdiyinə görə T.Əhmədov A.Çovdarovun cinayətkar əməllərindən şikayət edərək bildirib ki, təhdidlər və təzyiqlər qarşısında ona 3 milyon manat verməyə məcbur olub. Gözlənilir ki, yaxın günlərdə Tağı Əhmədov da Akif Çovdarovla üzləşdiriləcək. Məlumata görə T.Əhmədov şikayətində göstərib ki, Çovdarov onu şantaj edib və həbslə hədələyib, habelə bütün yaxın qohumlarına, o cümlədən Nizami rayon məhkəməsində hakim işləyən kürəkəninə qarşı repressiv addımlar atacağını bildirib. A.Çovdarov çoxsaylı cinayət əməllərində,o cümlədən qanunsuz azadlıqdan məhrum etmə, hədə-qorxu yolu ilə başqasının əmlakını ələ keçirmə kimi cinayətlərdə ittiham olunur. Onun əməllərindən zərər çəkən sahibkarların bir qismi hüquq-mühafizə orqanlarına şikayət edib və iş üzrə zərərçəkən kimi tanınıblar. Geri qayıt |