Əsas Səhifə > Siyasət, Manşet > Yarmarkalarla baş qatan Heydər Əsədov kəndliləri düşünmür...
Yarmarkalarla baş qatan Heydər Əsədov kəndliləri düşünmür...26-03-2016, 09:37 |
Hər dəfə manatın devolivasiyadan danışılanda tanıdığım kəndlilərin həyəcanlı söhbətlərini xatırlayıram. Bir neçə il bundan qabaq bir qazel pamidoru 1000 manat satan Tahir İbayev bu il 4 ha pamidor sahəsinə bir ətək pul xərcləməsindən yana-yana danışırdı: “Heç nə olmamış kimi, aidiyyatı qurumlar da yaşadığımız kənd təsərrüfatı ilində bu bəlanın həllində aciz qaldılar. Min bir zəhmət hesabına əkilən məhsul pula getməmiş və ya sahələrdə məhv olmuşdur. Biləsuvarda yüz hektarlarla pamidor sahələrini qurd basmasının səbəbini deyə bilən bir ağıllı baş meydana çıxmadı, çarə tapmadı. Əvvəlki illərdə mən şəxsən ( biləsuvarlı mülkiyyətcilər bu dediyimi hər an təstiq edə bilər) pamidor əkib, bazara məhsul çıxarıb normal qazanc götürürdümsə, bu il sahələri qurd basması nəinki qazancı, çəkilən xərci belə tam batırmışdır. Dəhşətlidir, ona görə ki, uzun illərin təcrübəsi göstərmişdir ki, becərmə prosesində 2 dəfə sahələri dərmanlamaq kifayət edirdi. Bu il isə, 2-5 və bəzi yerlərdə 6-8 dəfə dərmanlanan sahələr olsa da, dərmanlama sanki sahələrdə sərərvericiləri yemləmək ücün imiş. Vurulan dərmanlar heç bir təsirə malik olmamışdır.” Bu il çörək sanki kəndlidən uzaq düşüb. Taxıl biçini ərəfəsidə əldə etdiyim arpa məhsulunu 25-30 qəpiyə satırdıqsa, bu il ehtiyacdan satılan məhsulun dəyəri 12-15 qəpikdən hesablanıb. Yonca sahəmdən əldə olunan yem kiplərini 2 manata satırdıqsa, indi 1 manata olması istehsal xərclərini çıxarkən, gəlir cox az təşkil etmişdir. Ümüdimi üzməyib, yazlıq əkinlə bağlı işlərimi bu il də davam etdirdim. 4 ha sahədə pamidor, 5 ha sahədə pambıq, 2 ha sahədə xiyar bitkisini cətinlikə əkib-becərməyə nail olmuşam. Əkilmiş sahələrdən xiyar məhsulunu yığsaq da, ziyana gətirib cıxardı. Belə ki, bol məhsulun olmasına baxmayaraq, bazarının olmaması səbəbibdən bir solafan xiyarı ( 30 kq.) heç 2 manata alan tapılmadı. Pamidor və pambıqdan gələn gəlirlə bağlı ümüdümüzün üstündən xətt cəkildi. Ən sonda, pambıqdan əldə olunan 600 manatlıq xalis gəliri isə zavod vermir, “gözləyin hələ, pulumuz olanda verəcəyik!”-deyilir. Mən və mənim timsalımda olan insanları təsərrüfatdakı uğursuzluqlar dollarla götürülmüş kreditləri qaytarmağı daha çətinə salmışdır.( T.İ) Hələ, birinci devolivasiya öncəsi, baş işdədib dollarla qoyun alan Həsən indi deyir: “Ölməsə qalsa, qoyunlar 5 il doğsa, borcu qaytara biləcəm. Cöllərdə canımız çıxacaq, amandı məhkəməyə düşərik, Amerika dollarını qaytarmasaq!.” Gənc fermer Arif Quliyev də, illər oncəsi banklardan pul götürüb, vaxtında qaytarıb. Necə deyərlər, həm xeyir götürüb, həmdə xeyir verib. O da özünü dollarla necə ilişdiribsə, indi mövcudluğ uğurunda carpışır. Neçə-neçə uyğun söhbətlər də var ki, sonucu kəndlinin səhhətini valerianlıq edib. Kəndliyə zərbənin ikitərəfli dəyməsini qəbul etməliyik. Bir tərəfdən qiymət artır, devalivasiya filan, onun satdığı məhsul da pula getmir. Qaçılmaz faktır: Birinci dollar haqq-hesabında kəndli ətini 6-7 manata satırdısa, indi 5 manata satanda sevinir!. İndi ölkəyə xaricidən daxil olan ətin idxalına məhdudiyyət qoyulması, kəndliyə dəstək olmazmı?.. Bir anlığa, marketlərdə digər məhsullarda artım olursa, kədli ilə bağlı olanlar da əksinə olur. Bu mövsüm biləsuvarlı fermerlər pamidorun 1 kiloqramını tomatzavoda yalvarıb 8 qəpiyə verirdilər. Maraqlı məqam, həmin bu pamidorlardan hazırlanmış tomatı indi gedib dükanlardan 30 faiz bahasına alırlar. Dollarlı kreditə ilişən bir qism insanlar artıq cətin anlar yaşayır. Qapıda olan mal-qaranı biryolluq satmaq da bu bəladan qurtarmağın yolu deyil. Çıxış yolunu tapmaqda kömək edən gərəkdir. Azər- DİA.AZ Geri qayıt |