Əsas Səhifə > Siyasət, Manşet > Dələduzluğun qurbanı olan Sabirabad müəllimləri çarəsiz durumda
Dələduzluğun qurbanı olan Sabirabad müəllimləri çarəsiz durumda24-03-2016, 10:00 |
DİA.AZ: - Redaksiyamısa müraciət edən bir qrup təhsil işçisi Sabirabadda müəllimlərin başına açılan oyunlardan yazır. DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Onlarla müəllimin hüququ Kapital Bank ASC-nin Sabirabad filialının əməkdaşları və M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin direktoru Mustafayeva Diləfruz Əbil qızı tərəfindən pozulmuşdur.01.07.2015 il tarixindən zərərçəkən müəllimlər Sabirabad Rayon Prokurorluğuna şikayət ərizələri ilə rəsmi surətdə müraciət etmişlər. Sabirabad rayonu M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin direktoru Mustafayeva Diləfruz Əbil qızı.bir qrup müəllimlərə qarşı dələduzluq edilməsi faktlarına görə 15 iyul 2015-ci il tarixdə Diləfruz Mustafayeva barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Sabirabad rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi Şahin Abdulov tərəfindən cinayət işi başlanmışdır". Daha sonra dia-az.site-a daxil olan müraciətdə deyilir: "04 sentyabr 2015-ci il tarixdə Diləfruz Mustafayeva Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuş, Sabirabad rayon məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.,Lakin 05 sentyabr 2015-ci il tarixdə bu qərar dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Onu da qeyd edim ki, bu cinayət işinə əlavə olaraq 308.1 maddəsi ilə 06.12.2015-ci il tarixində Sabirabad rayon Prokurorluğu tərəfindən sabiq direktora qarşı ittiham elan olunmuşdur. 2015-ci ilin dekabr ayında bu cinayət işinin gedişatının düzgün aparılmadığı üçün zərərçkən müəllimlərin Baş Prokurorluğa edilən əsaslı şikayətlərindən sonra Cinayət işi Sabirabad Polis şöbəsindən alınaraq Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqinin icraatına verilmişdir". Müraciət müəllifləri dia-az.site-a yolladığı müraciətini belə bitirir: "Zərərçəkən müəllimlər qaldırilmış cinayət işinin istintaq mərhələsinin doqquz aydan çoxdur ki davam etməsi ucbatından əmək haqqlarını plastik kartdan ala bilmirlər,çünki Kapital Bank maaş köçən kimi kredit məbləği tutulur,dəfələrlə rəsmi surətdə Bank rəhbərliyinə müraciət olunsada heç bir nəticə olmamışdır.Biçarə qalan müəllimlərdən bəziləri Sabirabad rayon məhkəməsinə rəsmi surətdə müraciət edərəkmülki iş üzrə iddia qaldırmışlar ,sabiq cinayətkar direktorun ev dustaqlığı Sabirabad Rayon Məhkəməsi tərəfindən hər dəfə dəfələrlə artırıldığı üçün, maddi rifahımızın acınacaqlı vəziyyətə düşmüşdür". Bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |