Əsas Səhifə > Siyasət, Manşet > Hacı İbrahim Nehrəmli borcunu hələ də qaytarmayıb

Hacı İbrahim Nehrəmli borcunu hələ də qaytarmayıb


19-03-2016, 11:30
Hacı İbrahim Nehrəmli borcunu hələ də qaytarmayıb
DİA.AZ: - Hələ ötən il bir neçə dəfə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Beynəlxalq Banka olan borcu səbəbindən mühakimə olunan tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin hələ o zamanlar sözügedən banka 450 milyon manatlıq kredit borcunun qaldığı deyilirdi. Həmin məbləğ ödənibmi?

Bu barədə DİA.AZ-ın elektron ünvanına göndərilən materialda bildirilir ki, borcun əhəmiyyətli hissəsi ödənsə də, Hacı İbrahimin hələ də 200 milyon manata yaxın borcu var.

Mənbə dia-az.site-a yazır: "Və vəziyyət o həddə çatıb ki, artıq iş adamı ödəmə qabiliyyətinin olmaması barədə istintaqı bilgiləndirib. Bu isə o deməkdir ki, istənilən an iş adamını həbs edə bilərlər".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt