Əsas Səhifə > Siyasət, Manşet > "Sabunçu icra hakimiyyəti önündə özümü yandıracam"
"Sabunçu icra hakimiyyəti önündə özümü yandıracam"17-03-2016, 08:39 |
Bakı və ətrafı rayonlarda torpaq alqı-satqısı,"icazə" olmadan tikinti aparılması,tikililərin söküntüsü bu kimi şikayətlər gündəlik olaraq mətbuat səhifələrində yayınlanmaqdadır.Belə hallardan biri Sabunçu rayonu Maştağa qəsəbəsi "Albalılıq" massivində yaşanıb.Uluyol.info xəbər portalına zəng edən şikayətçi Hüseynov Malik başına gələnləri danışdı: "Albalılıq adlanan massivdə 2007 -ci ildə 3200 manat verib, 50 illik etibarnamə ilə torpaq sahəsi aldım.Hansı ki,prosedur nəyi tələb edirsə ,onu da etdik ki,sonradan problem yaranmasın.Sənədlərin hər birini notariusda təsdiqlətdik.Sonra bu torpaqda özümə ev tikmək üçün topladığım pula lazım olan tikinti materialların aldım.6000 manat xərcim çıxdı. 2014 -cü ildə Torpaq sahəmi hasara aldım.Sabunçu icra akimiyyətindən bir dəstə gəlib sökdülər.Səbəbin soruşanda müxtəlif bəhanələr gətirdilər.Mən təhsilsiz adamam, dedim yəqin ki,hansısa sənəddə boşluq olub. Bu sahədə çalışan bir neçə insandan soruşandan sonra onların sökmə "səbəb"indən gah oldum.Deməli tikintiyə başlamaq üçün Sabunçu İcra hakimiyyətinə müəyyən miqdarda pul verməli imişəm. Evlərin tikintisi ilə bağlı ölkə başçısının müvafiq sərəncamından sonra ürəkləndim.Dedim day prezidentin sərəncamı var,indi gəlib pul istəməzlər.Məndə fevral ayında ustalarla razılaşıb,nə qədər lazım idisə pulların ödədim.Demək olar ki, bir həftə ərzində bir otaqlı mənzil hazırlandı.Asan xidmətə işığın çəkilişi ilə bağlı müraciətimdə həll olundu.Ev yaşamaq üçün tam hazır idi.Uzun illərdir kirayədə qalırıq.Artıq uşaqlar böyüyüb deyə onun-bunun evində qalmayıb,Novruz byramını öz evimizdə keçirmək istəyirdim.Di gəl ki,martın 4-ü köçəcəyimi planlaşdırdığım mənzilə ayın 3-ü bulduzerlə yerlə-yeksan etdilər.İcra hakimiyyətindən gələn "qara prado" bu işlərə baxır.Ona deyəndə ki, niyə sökürsüz.Bu haqsızlığı nə səbəbə edirsiz ? Ölkə başçısının sərəncamı var ki,insanlar incidilməsin.Əgər sənədlərim səhvdirsə,məndə sizə kömək edim sökməyə,yox əgər qaydasındadısa niyə incidirsiz?Söküntünü yarımçıq saxladılıar. Başladım müvafiq orqanların qapıların döyməyə.Maştağa bələdiyyəsi,icra müməyəndəliyi,Sabunçu İcra hakimiyyətinə hara getdimsə dərdimə çarə qılan tapılmadı.Mart ayının 9-u gəlib təmiz sökdülər.Bu söküntünü mən telefonuma çəkdim.Məndən açıq şəkildə rüşvət istədilər.Maştağa kənd icra nümayəndəsi Elvin adlı şəxs digər nümayəndələrlə idi.Bunlar mənə dedi ki,"tas 10 000-dir,sən 8 000 min ver tik"İcra hakimiyyəti ,icra nümayəndəsi,bələdiyyənin nümayəndələrinin mənimlə apardığı söhbətin hamsıı telefonun yaddaşında idi.Birdən Polis əməkdaşları gəlib məni apardılar 14 saylı Polis bölməsinə.Burda mənim telefonun əlimdən alındı.Nə ki,yazmışdım,çəkmişdim hamsın sildilər.Telefonumu da çırpdılar yerə.Bu azmış kimi məni cərimələdilər.Adınıda qoydular ki,guya polis əməkdaşına müqavimət göstərmişəm.51 manat cərimə etdilər.Həmin vaxtı cibimdə pul yox idi deyə,gecənin yarısı qohumum gəlib 51 manatı verdi,məni bölmədən çıxdım. Məsələ ilə bağlı Mehriban xanım Əliyevaya məktub göndərmişəm.Görək nə olacaq.Artıq bezmişəm.Bir ara istədiyim ölkəni tərk edəm.Sonra dost-tanış dedi ki,bu yol düz deyil.Çalışıb məsələni yoluna qoyaq.Burada da məsələnin yoluna qoyulması aydın məsələdir.Pulunu ver şəklini çəkdir.Əgər belədirsə,bəs sərəncamlar nə üçün,kim üçün verilir.Bu haqq işim həllin tapmasa məndə icra hakimiyyətinin binası önündə üstümə benzin töküb yandıracam". Geri qayıt |