Əsas Səhifə > Siyasət, Manşet > Nədən büdcədən ayrılan milyonlar Ağdaşın üzünü ağartmır...

Nədən büdcədən ayrılan milyonlar Ağdaşın üzünü ağartmır...


15-03-2016, 08:52
Nədən büdcədən ayrılan milyonlar Ağdaşın üzünü ağartmır...
Təəccüblənməyin bura ticarət mərkəzi deyil,bura Ağdaş rayon Heydər Əliyev prospektidir.Nəzərə alsaq ki,hər il ölkə başçısı tərəfindən Ağdaş rayonuna müəyyən bir vəsait ayrılır, indi Ağdaşın cənnəti məkan olması lazım idi.Lakin görünür o vəsait lazım olan işlərdən başqa qalan hər şeyə xərclənir.Məsələn icra başçısının avtomobili köhnəlibsə,villalarının sayını artırmaq istəyirsə,ləzzətli italyan yeməkləri ürəyinə düşübsə onlara xərcləyər,yoxsa camaat antisaniratiya şəraitində yaşayırsa bu onu niyə maraqlandırsın axı?!Tofiq İbrahimov yalnız bir-iki yerlərə yerlərə bəzək-düzək vurmaqla gözdən pərdə asıb,bununla da öz işini bitirib.Görmüşük ki, istənilən rayon və şəhərlərdə mərkəzi prospekt göz oxşayan və gözəl görünür.Lakin burada vəziyyət tamam başqadır.Belə ki,burada kanalizasiya yolun altından yox üstündən axır,piyadalar üçün salinan keçidlər isə əsl ticarət mərkəzinə çevrilib.Yolun qirağına qoyulan zibil yeşikləri isə zibil bolluğundan üsyan edir desək yeridir. Məsələ ilə bağlı Ağdaş rayon icra hakimiyyəti ilə əlaqə saxladıq.Ağdaş şəhər nümayəndəliyindən Azər Paşayev məlumatı təkzib edərək bizə bildirdi ki, “ kanalizasıya boruları partlamışdı onu təmir etdik,digər heç bir problemdən söz belə gedə bilməz.”
Belə yerdə deyiblər ki, görünün kənd bələdçi istəməz.Hər halda Ümumilli liderin adını daşıyan bir prospekt bu cür görünməməlidir əksinə digər prospektlərə də öz görünüşü ilə nümunə olamlıdır!



Geri qayıt