Əsas Səhifə > Siyasət, Manşet > Azərbaycanın fəxr elədiyi idmançıya da dinclik yoxdur
Azərbaycanın fəxr elədiyi idmançıya da dinclik yoxdur14-03-2016, 08:45 |
DİA.AZ: - ""NUR İNŞAAT" MMC-nin rəhbərliyi tərəfindən fəaliyyətimizə çox ciddi maneələr yaradılır". Bu sözləri DİA.AZ-a "VİTR Fitness" sahibi, poverliftinq üzrə 4 dəfə dünya, 7 dəfə Avropa çempionu, əməkdar idman ustası Vüqar Namazov bildirib. Qeyd edək ki, Azərbaycanın fəxr etdiyi məğlubedilməz idmançımız dia-az.site-a yazdığı müraciətində başına gətirilən oyunların detalları barədə məlumat verib. DİA.AZ olaraq idmançımızın müraciətini olduğu kimi, nöqtəsinə-vergülünə toxunmadan təqdim edirik: "Yazıb Sizə bildirirəm ki,Mən dəfələrlə dünya və Avropa çempionu olmuşam.Naliyyətlərim ölkə rəhərliyi səviyyəsində layiqincə qiymətləndirlilib.Cənab prezidentlə İlham Əliyev məni mənzillə və fəxri adlarla mükafatlandırıb. Mən idman sahəsində qazandığım bilik və təcürbəmi gələcək nəsillərə ötürmək üçün mənim kimi bir neçə yaxın idmançı dostlarımla,həyat yoldaşımın təşəbüsü ilə yeni dünya standartlarna uyğun fitness zalı açmaq qərarına gəldik.Bu məqsədlə "Nur inşaat"MMC ilə razılaşıb onlardan 1000 kvadrat metirlik yer icarəyə götürüb,təmirə başladıq. 08.10.2015 ci ildə Həyat yoldaşım Namazova Sehranənin adına Daşımaz əmlakın icarə müqaviləsini imzaladıq.Təmir üçün həyat yoldaşım bankdan öz adına və atasını adına kreditlər götürdü.Mənə mükafat kimi verilən evi ,maşınımı satıb ,təmir və avadanlıqa aldıq.1200000(bir milyon iki yüz min)xərcimiz çıxdı.Fitness kulub qısa müddətdə biz planlaşdırdığımızdandan .Çox müştəri cəlb elədi.İlin fitness klubu seçildi.Bizim bu naliyyətlərimiz İcarəyə verənin("Nur inşaat"MMC )bizə qarşı mayneləri ilə qarşılandı.Əvvələr pik vaxtı elektrik enerjisinin və suyun kəsilməsini,texniki səbə olduğu kimi başa düşdük. Ancaq bu kəsilmələr davamlı hal almağa başladı. 17.02.2016 cı ildən xəbardarlıq etmədən elektrik enerjisi tam kəsildi pik vaxtında.Ona görə bu dəfə "Nur inşaat"MMC şirkətinin əməllərindən bir nömrəli Bakı İnzibati İqtisad məhkəməsinə müraciət etdim.Məhkəmə bizim xeyrimizə qəradat qəbul etdi.Ancaq icarəyə verən qərardatın icrasına suni maneələr yaratdı.Uzun sürən danışıqlardan sonra 22.02.2016 cı ildə elektrik enerjisi bərpa olsada,müntəzə olaraq şəbəkətə elektik enerjisini günü gündə azalmaqa doğru getməişdi.Paralel olaraq VİTR fitnessin su təscizatındada probelər müşahidə olumağa başlamışdı.Yaramış şərait aradan qaldırmaq üçün ,biz öz tərəfimizdən " Azərişıq " və " Azərsu" ya müraciətlər etdik.VİTR fitnessin ayrıca elektrik enerjisi və su xətti almaq üçün tələb olunan sənədləriə bizi təmin etməynizi " Nur inşaat " MMC dən xahiş edirik.Lakin icarəyə verən burdada bizə manelər yatmağa başladı.Belə məlum oldu ki,şirkətin əmlakı ,möhürünə və fəaliyyətinə 2012 ci ildən həps qoyulub.Bzim fitness klubun fəaliyyətinə tam manelər yaradılır.Xəxsən mənə "Nur inşaat "MMC nin rəhbəri Rüstəm Abdullayevin tərəfində çox ciddi manelər yaradılır.Yaratdığmız fitnessi ona təhvil verib getməymiz tələb olnur. Xatırladım ki, binaya qoyulan həpsin motivləri yenidən mənə və yaxınlarıma qarşı işlədilir". Geri qayıt |