Əsas Səhifə > Siyasət, Manşet > Ağsunun da öz fironu var...
Ağsunun da öz fironu var...9-03-2016, 09:06 |
Son vaxtlarAğsu rayonunda baş verən məmur özbaşnalığı haqqında silsilə yazılar dərc edirik. Ağsudan cumhuriyyət. az-a daxil olan vətəndaş şikayətlərinin ardı-arası kəsilmək bilmir. Ağsu rayonunda hadisələrə vardıqca, baş verənləri araşdırdıqca məmurların həyata keçirdiyi insanlığa sığmayan son dərəcə iyrənc mənzərələrin şahidi olursan. Ağsuda bütün eybəcərliklərin başında icra başçısı və millət vəkilinin dayandığı açıqca bilinməkdədir. Eynən Ərəbmehdibəyli kəndindəki kimi.rr Xatırladaq ki, bir müddət öncə, cumhuriyyet.az olaraq Ağsu rayon Ərəbmehdili kəndində baş verən bir olay haqda yazmışdıq. Belə ki, “Ağsuda sərxoş bələdiyyə sədrinin qumar oyunu: bir gənc bıçaqlandı” başlıqlı həmin yazıda sözügedən kəndin bələdiyyə sədri haqda məlumatlar yer alırdı. İndi isə bu kəndin sakinləri cumhuriyyet.az-a öz şikayətlərini bildiriblər və onların fikirlərini olduğu kimi diqqətinizə çatdırırıq: Möhübbət Zeynalov Ağsu rayonu Ərəbmehdibəyli kənd sakini: “Kəndimizdə torpaq bölgüsü aparılanda torpaqların yararlı olan hissələrinin yarıdan çoxusunu rəhbərlik işbazlara satdı. Bu illər ərzində torpaqlarımız tanımadığımız işbazlar tərəfindən istismar edilib. Kəndimizin bələdiyyə sədri Vüqar Cavadov keçmiş deputat ərəstun Cavadovun qardaşıdır. Bu insan əhalinin başına olmazın oyunlar açır. Mən üzümü cənab prezidentə tutub soruşuram. Cənab prezident, Vüqar Cavadov həcc ziyarətinə getmiş adamdır. Hazırda alkaşlıq edir, narkotika istifadəçisidir, belə bir adama əhalinin taleyini tapşırmaq nə dərəcədə düzgündür? Cənab prezident, xahiş edirik, bu məsələyə reaksiya verəsiniz. Vüqar Cavadovu icra başçısı Ənvər Seyidəliyev müdafiə edir. Bu adamın qardaşı Ərəstun Cavadov on il Ağsu rayonunun deputatı olub. Bir vətəndaşa köməyi dəyməyib. Adı millət vəkili olsa da yalnız özü və yaxın ətrafını düşünüb. Vüqar Cavadov ildə bir dəfə torpaq bölgüsü aparır. Narkoman adamdır, bu kimdir ki, bunun bir neçə dənə iri şirkəti var? Ağsuda biz kasıbları eşidən yoxdur. Hamı Vüqar Cavadovun sözünü deyir”.tt Digər kənd sakini İkram Əkbərov: “Mən Ərəbmehdibəyli kəndində yaşayıram. Demək olar ki, sahibkaram. Dörd oğlum var. Oğlanlarım da kənddə yaşayırlar. Mən onlara iş qurmaq istəyirəm, ancaq burada mümkün deyil. Mən 2004-cü ildə fındıq bağı salmışdım. Su olmadığına görə bağ məhv oldu. Kəndimizə yuxarı asma şirvan kanalından su gəlirdi. Orada dörd ədəd şuluz var idi. Şuluzları Cavadov Vüqar Nurəddin oğlu sökərək satdı. O, kənd ərazisinə gələn yeraltı su borularını çıxartdıraraq satdı. Bütün bu əməllərin sonu bu oldu ki, kənd susuz vəziyyətdə qaldı. Kəndin yuxarısından Şirvan kanalı, Girdiman çayı, aşağısından Şirvan kanalının bir qolu keçməsinə baxmayaraq biz su sarıdan əziyyət çəkirik. Qarşıdan amansız yay fəsli gəlir, bilmirik bostan əkək, tərəvəz əkək, yaxud onları necə suvaraq. Hazırda taxıllarımızı suvara bilmirik. Vüqar Cavadov bütün suvarma vasitələrini dağıdaraq satıb mənimsəyib. Keçən ildən də əhalinin örüş yerlərini satmağa başladı. Mən bir neçə nəfərlə rayon icra başçısının qəbuluna getdim. Başçı söz verdi ki, torpaqlarınızı geri qaytartdıracam, ancaq bu günə kimi heç bir iş görülmədi. Kənd camaatının dövlət torpaq aktlarını yığıblar və neçə ildir ki, geri qaytarmırlar. Buna görə də əhali ünvanlı sosial yardım və sair dövlətin tətbiq etdiyi imtiyazlardan məhrum durumdadırlar. Hazırda əhali kənd təsərrüfatı üçün ayrılmış subsidiyalardan istifadə edə bilmir. Kəndimizdə böyük bir şirkət işləyirdi. Todini şirkəti kəndimizdə beş il, polad inşaat isə yeddi il işlədi. Şirkətlər kəndin yeraltı sərvətlərindən istifadə etdiklərinə görə gedəndə əhali üçün külli miqdarda kompensasiya verib. yyAncaq həmin vəsait mənimsənilərək əhaliyə bir manat da olsa verilməyib. Əhaliyə məxsus torpaq sahələrindən su boruları çəkilib. Mənim torpaq sahəmdən də su borusu çəkilib. Bu çəkiliş zamanı əhalinin torpağına xeyli ziyan vurulub. Mən soruşdum şirkət rəsmiləri bildirdilər ki, bütün bunlara görə kompensasiya ödənilib. Sonradan aydınlaşdı ki, əhaliyə ödənilən vəsaitlər rayon rəhbərliyi və kənd bələdiyyəsi tərəfindən mənimsənilib. Vüqar Cavadovu bu vəzifədə icra başçısı Ənvər Seyidəliyev saxlatdırır. Bu adam xəstədir və xəstəliyinə görə təqaüd də alır. Vüqar Cavadov bütün işlərdə Ənvər Seyidəliyevlə şərikdir. Xahiş edirik, bizim səsimizi dövlət orqanları eşitsinlər”. Digər kənd sakini Ruslan Xalıqov: “Sabiq deputat Cavadov Ərəstun, qardaşı bələdiyyə sədri Cavadov Vüqar, kənd icra nümayəndəsi Hacıağa Hüseynov və sairləri kəndimizi dörd bir tərəfdən mühasirəyə alıblar. Kəndin bir tərəfində Vüqar Cavadovun böyük nar bağı var, kəndin bir tərəfində dərin xəndək qazıblar. Biz ora mallarımızı otarmaq üçün apara bilmirik. Əkdiyimiz taxıllarımızı suvara bilmirik, örüşlərimiz satılıb. Xahiş edirik, belə özbaşnalıqlara son qoyulsun. Artıq bu kənddə yaşamaq mümkünsüz hala gəlib. Ərəbmehdibəylidə 40-ildir ki, şahlıq dövrü davam edir. Qardaş-qardaşa, əmoğlu-əmoğluya, qohum-qohuma vəzifə ötürür. Məgər bu kənddə başqa bir kişi yoxdurmu ki, bələdiyyə sədri olub əhaliyə bir gün ağlasın?Bunlara söz demək olmur, həmin dəqiqə polisə məlumat verib bizləri 3-5-15 sutka həbsə atırlar. Şirkət yolumuzu dağıtdığı üçün gedəndə xeyli vəsait verdi ki. yolunuzu təmir edin. uuHəmin pulu da yedilər, sonradan hər bir adamdan 10-20 manat pul yığdılar ki, yolu təmir edək, həmin pulu da yedilər. Mən xahiş edirəm, burada müsahibə verən adamların taleyi ilə maraqlanın, bir də gördünüz ki, şərləyib həbs elətdirdilər. Rayon icra hakimiyyətinin başçısına desən ki, əstəğfürüllah allah iki dənədir deyəcək düz deyirsən, iki dənədir. Nə desən deyəcək get düzələr. Ancaq düzələnə oxşamır. Xahiş edirəm, ya bizi buradan köçürsünlər, bunlar burada qalsınlar, ya da ki, bunları köçürsünlər biz burada insan kimi yaşayaq”. Rövşən Cəfərov: “Kəndin bələdiyyə sədri və icra nümayəndəsi əhalidən dövlət torpaq aktlarını yığıblar. Bir neçə ildir ki, sənədimizi qaytarmırlar. Mən icra nümayəndəsi Hacıağa Hüsüynovdan sənədimi istədim, mənə dedi ki, 150 manat ver torpaq aktını verim. Mən başa düşə bilmirəm mən bu pulu niyə verməliyəm?Halalca sənədimi tələb edirəm məndən rüşvət istəyir. Xahiş edirəm, bizi bu dələduzların əlindən qurtarın. Redaksiyadan:Yazıda adları çəkilən bütün tərəflərin və şəxslərin mövqeyini dinləyib dərc etməyə hazırıq. Araşdırmalarımız davam edir. Sonda Ərəbmehdibəyli kənd sakinlərinin video müsahibəsini dəyərli oxucularımıza təqdim edirik”. Geri qayıt |