Əsas Səhifə > Siyasət, Manşet > Bir məcburi köçkün ailəsi 3-4 ev alır, bir ailə isə çöllərdə qalır...

Bir məcburi köçkün ailəsi 3-4 ev alır, bir ailə isə çöllərdə qalır...


7-03-2016, 08:26
Bir məcburi köçkün ailəsi 3-4 ev alır, bir ailə isə çöllərdə qalır...
DİA.AZ: - Laçın rayonundan məcburi köçkün müvəqqəti kirayədə Bakı şəhər, Qaradağ rayon, Müşfiqabad qəsəbəsi, ev 8, mənzil 108 ünvanda yaşayan məcburi köçkün Hətəmov Vidadi Misir oğlu Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun fəaliyyətindən prezident İlham Əliyevə və bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət ərizəsi ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli, cənab Prezident! Dəfələrlə edilən müraciətimə baxılmır, bildirmək istəyirəm ki, mən məcburu köçkün ailəmlə 8 ildir kirayələrdə yaşayıram, iki uşağım var, əlil atam himayəmdədir, əvvələr 2 ilə qədər Müşviqabad Qəsəbəsində Məcburi köçkünlər şəhərciyində ev 11, mənzil 61-də kirayədə yaşamışam, sonra evi satdılar və məni evdən çıxardılar, demək olar ki, bu qəsəbədə 5 evi olana birində verirlər, bir çox evlərdə kirayə verilib , bir qismində isə yaşayış yoxdur, mən isə düzlərdə qalmlşam, işləmirəm, ailəmi dolandıra bilmirəm, evim yoxdur, məni dinləyən yoxdur, sosial müavinat almıram, mən nə edəcəyimi bilmirəm".

Daha sonra dia-az.site-a daxil olan müraciətdə qeyd olunur: "Baş Nazirin Müavini Əli Həsənov çıxışında yuxarda qeyd etdiyim halları irad tutsada bəzi məmurlar, buna əməl etmir, məni kimi çarəsiz insanlar bu səbəbdən çölərdə qalıb, dərdimi deyəcək bir yerim yoxdur bir güvən yerim cənab Prezidentimdir.

Hörmətli, cənab Prezident !
Sizdən xahiş edirəm ki, yuxarıda qeyd etdiklərimi nəzərə alasınız və mənim mənzillə təmin olunmağıma köməkdarlıq edəsiniz".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt