Əsas Səhifə > Siyasət, Manşet > Heydər Əsədov sınaqdan uğurla çıxa bilmədi...
Heydər Əsədov sınaqdan uğurla çıxa bilmədi...29-02-2016, 08:43 |
Hakimiyyət daxilində nüfuzdan düşmüş nəqliyyat naziri Ziya Məmmədovun qudası, kənd təsərrüfatı naziri Heydər Əsədovun da adı hakimiyyətin qara siyahısındadır. Onun yaxınlarda postu ilə vidalaşacağı gözlənilir. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub. Mənbənin məlumatına görə, aqrar sektorun indiki durumu da H.Əsədovun vurulmasını şərtləndirir: Yaxşı maliyyəçi olan H,Əsədov kənd təsərrüfatını çox pis bilir. Nazirliyin əsas postlarına da mütəxəsislər yox, nazirin kolleqaları - maliyyəçilər təyin edilib. Post-neft dövründə aqrar sahə iqtisadiyyatın aparıcı qolu sayıldığından bu sektorun inkişafı artıq dövlətin prioritetlərinə daxildir. Peşəkar maliyyəçi olan Heydər Əsədov bu mandata qətiyyən uyğun gəlmir". Mənbənin sözlərinə görə, Z.Məmmədov qruplaşmasına daxil olan H.Əsədovun qara siyahıya düşməsinin təbii ki, siyasi səbəbləri də var: "Heydər Əsədovun qudası Ziya Məmmədov faktiki olaraq bütün səlahiyyətlərini itirərək "portfelsiz nazir"ə çevrilib. Z.Məmmədovun qardaşı Elton Məmmədov, eləcə də qudası Sabir Rüstəmxanlıya parlament seçkisində "qırmızı işıq" yandırdılar. Ardınca Z.Məmmədovun ailə holdinqi olan "Qarant Holdinq”də maliyyə böhranı başlandı. Aylardır ki, işçilərin əmək haqqı verilmir. "Qarant Holdinq”ə daxil olan "Qarant Sığorta”nın fəaliyyətinə rəsmən xitam verilməsi barədə məlumat yayılıb. Nəhayət, Z.Məmmədovun oğlu, eyni zamanda H.Əsədovun kürəkəni Anar Məmmədovun ailəsi ilə birlikdə Böyük Britaniyaya köçməsi ilə bağlı xəbərlər yayılıb. İndi də növbə H.Əsədova çatıb". Mənbənin məlumatına görə, böyük ehtimalla Kənd Təsərrüfatı Nazirliyi ləğv ediləcək və funksiyaları İqtisadiyyat Nazirliyi ilə Səhiyyə Nazirliyi arasında bölünəcək. Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidmətinin Səhiyyə Nazirliyinə verilməsi gözlənilir. Ancaq əsas funksiyalar İqtisadiyyat Nazirliyinə veriləcək. Yada salaq ki, hakimiyyətyönlü KİV-lərdə son vaxtlar H.Əsədovu kəskin tənqid edən yazılar dərc edilir. Geri qayıt |