Əsas Səhifə > Siyasət, Manşet > Müavini başçının "kitabını bağlamaq" üzrədir...

Müavini başçının "kitabını bağlamaq" üzrədir...


25-02-2016, 08:37
Müavini başçının "kitabını bağlamaq" üzrədir...
Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin mövqeləri nəzərəçarpacaq dərəcədə zəifləyib.

Bəlli olmayan hansısa səbəb üzündən “yuxarılar” qarşısında əvvəlki etimadını itirən icra başçısının rəhbərlik etdiyi rayondan köçdüyü iddia edilir. Məlumata görə, Vaqif Abdullayev Beyləqanda yaşadığı mənzili də boşaldıb və Bakıdakı evinə köçüb. Bütün bu əlamətlər isə yaxın günlərdə Vaqif Abdullayevin görəvdən alınacağı görüntüsünü yaradır.

İcra başçısının “kitabının bağlandığı” haqda söhbətlərin dolaşdığı ərəfədə isə onun postu uğrunda əsl mübarizə başlayıb. Bununla bağlı Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə indiki “şef”inin kreslosuna onun sosial-iqtisadi məslələlər üzrə müavini Məhəmməd Qələndərov göz dikib.
Məhəmməd Qələndərovun indiki başçı ilə bağlı məqsədli şəkildə həqiqəti əks etdirən və etdirməyən məlumatlar yayması da Savash.org-a daxil olan informasiyalar arasındadır. Qaynağımız iddia edir ki, son günlər Beyləqan RİH başçısı ilə bağlı mətbuata ötürülən kompromatlar məhz Məhəmməd Qələndərovun “başının altından çıxıb”.

Özünə yaxın şəxslər vasitəsilə icra başçısından Prezident Adminstrasiyasına şikayətlər yazdıran müavin bununla Vaqif Abdullayevin labüd gedişini sürətləndirəcəyini düşünür. İcra başçısından narazı düşən bir sıra yerli məmuru da öz ətrafına cəlb etməyi bacaran Qələndərovun özünü indidən Beyləqanın gələcək rəhbəri kimi apardığı bildirilir. Hətta bu günlərdə çox dar kantingentdə baş tutmuş məclislərin birində Məhəmməd Qələndərova xitabən gələcək icra başçısının şərəfinə tostlar deyilib.

Məhəmməd Qələndərovun icra başçısı olmaq üçün çox nüfuzlu bir şəxsin qəbuluna düşmək istəməsi və həmin vəzifəlinin kimliyi haqda isə yaxın günlərdə daha ətraflı bəhs edəcəyik.

Geri qayıt