Əsas Səhifə > Siyasət, Manşet > İcra başçısına şok ittiham:
İcra başçısına şok ittiham:22-02-2016, 08:36 |
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparanlar heç də hər iki məfhuma yuvarlananları cəzalandırmırlar. Onların "ilişdirdikləri” cüzi bir əməkhaqqı ilə ailəsini zorla saxlayanlar olur. Ehtiyac içərisində olduqlarından əllərini manata uzadan kimi korrupsiyada suçulanırlar. Ağstafa rayonundan redaksiyamıza daxil olan məlumat kifayət qədər ilgincdir. Belə ki Ağstafa Rayon Təhsil Şöbəsinin sabiq müdiri, mərhum Fərhad Vəliyev ölümü ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumatda rayon icra başçısının adı hallanır. Məlumat üçün bildirək ki, Fərhad Vəliyev ilk dəfə pedaqoji fəaliyyətə sabiq Qazax Rayon Maarif şöbəsində metodist, sonra Ağstafa Rayon Qaçaq Kərəm orta məktəbində direktor, daha sonra Ağstafa şəhər 2 saylı orta məktəbində direktor işləyən Fərhad müəllim həmişə işinə diqqəıtli, tələbkar və verilən tapşırıqlara layiqincə əməl edən bir şəxs olub. Onun işlədiyi məktəblər təlim və tədrisin keyfiyyətinə görə birinci olub. O, bu xidmətlərinə görə irəli çəkilərək Ağstafa Rayon Təhsil Şöbəsinə müdir təyin edilib. Rayondan cumhuriyyet.az-a daxil olan məlumata görə, ötən ilin sonlarında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Fərhad müəllimi yanına çağıraraq 6 nəfər məktəb direktorunun işdən azad edilməsini tələb edir. Fərhad müəllim də başçıya cavabında, onun dedikləri məktəb direktorlarının layiqli təhsil işçiləri olduğunu və bunun mümkün olmadığını bildirir. Elə məsələ də buradaca qızışır. Məhərrəm Quliyev elə isə özünün ərizəsini yazmağı tələb edir. Fərhad Vəliyev təhsildə yüksək göstəricilərinə güvənərək məsələ ilə bağlı təhsil nazirliyi ilə əlaqə yaradır və icra başçısının haqsız təzyiqləri ilə əlaqədar nazirliyə yazılı şikayət verir. Fərhad müəllim haqqın qalib gələcəyinə inandığı halda, əks olaraq heç nə düşünmür. İcra başçısı Məhərrəm Quliyev də Allahdan və "şeytandan” qorxmadan təhsil nazirliyinə çıxaraq Fərhad Vəliyev haqqında olmazın ifadələr işlədir. Nazirlik isə Fərhad Vəliyevi tanıya-tanıya, onun təhsildə xidmətlərini bilə-bilə, rayon təhsilinin yüksək göstəriciləri əlinin altında ola-ola icra başçısının dediklərinə inanır. Təhsi nazirliyini əməkdaşları Fərhad müəllimlə əlaqə saxlayaraq, icra başçısını eşitməyi təklif edirlər. Bir neçə ay yazışmadan sonra, təhsil nazirliyi əsasız olaraq icra başçısının dedikətrinə bəraət qazandırır və Fərhad Vəliyev işindən kənarlaşdırılır. Onu Ağsatafa Şəhər Ə. Hüseynov adına 1 saylı tam orta məktəbinə direktor təyin edirlər. Cəmi bir neçə ay bu məktəbdə işləyən Fərhad Vəliyev haqsız təzyiqlərə, icra başçısı tərəfindən başına gətirilən oyunlara dözməyərək ürək ağrısı tapır. Elə məktəbdə infarkt keçirən Fərhad Vəliyev xəstəxanaya yerləşdirilir. Bir neçə gün komda qalan Vəliyevi icra başçısı Məhərrəm Quliyevin haqsızlıq yükü dünyasını dəyişməyə məcbur edir. Onu da qeyd edək ki, icra başçısının Fərhad Vəliyevə 6 nəfər məktəb direktorunun çıxarılması və yerinə yenilərinin təyin edilməsi qeyri-rəsmi zor-zoranə göstərişi maddi maraq çərçivəsində olmuşdur. Belə çıxır ki, icra başçısına təcili pul lazım imiş. Bu gün isə Ağstafa əhalisinə Fərhad Vəliyevin vaxtsız ölümü çox pis təsir edib.Bu acı məsələni mahiyyəti ilə rayonun hər bir ziyalısı yaxşı bilir. P.S. Ağsatafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev son illər mətbuatın manşet səhifəsinə çıxıb. Hər gün mətbuatı izləyən Prezident Adminstrasiyasının reaksiyasızlığı, başçının isə öz bildiklərini etməsi ictimaiyyət arasında bir mənalı qiymətləndirilmir. Məhz elə xalqı da hökümətdən narazı salan Məhərrəm Quliyev kimi icra başçılarıdır. Gözəl ziyalı, bacarıqlı pedaqoq, təvazökar və qayğıkeş insan mərhum Fərhad Vəliyevin müəmmalı ölümü də Məhərrəm Quliyevin ən böyük günahlarından biridir. Yazıdakı iddialarla bağlı adıçəkilən şəxsləri də dinləməyə hazırıq. Geri qayıt |