Əsas Səhifə > Gündəm, Manşet > TƏRTƏRDƏ MƏMUR BİABIRÇILIĞI
TƏRTƏRDƏ MƏMUR BİABIRÇILIĞI29-10-2011, 13:34 |
QARABAĞ ƏLİLİNƏ «TOPAL» DEYƏRƏK ƏLƏ SALIRLAR DİA.AZ: - Redaksiyamıza Tərtər rayonunda yaşayan Mahmud Xəlilov adlı bir Qarabağ əlili müraciət edib. Onun «Dünya» İnformasiya Agentliyinin (dia-az.site) elektron ünvanına yolladığı məktubunda bildirilir ki, rayonun icra başçısı Ceyhun Cəfərov onu hədələyir və hətta təhqir olunmasına da şərait yaradır. Şikayətçinin sözlərinə görə, onun rayondakı obyekti bu günlərdə Vergilər Nazirliyinin yerli idarəsinin əməkdaşları tərəfindən basqıya məruz qalıb və ondan rüşvət istəyiblər. Və bütün bunlarla bağlı icra başçısına müraciət etdikdə, Qarabağ müharibəsi əlili ələ salınıb. Hətta atası müharibə görməyən məmurlardan biri onu «topal» deyərək ələ salmağa da başlayıb. Bütün bu özbaşınalıqlarla bağlı Prezidnt administrasiyasına və dövlət başçısı İlham Əliyevə də şikayət məktubu ünvanladığını bildirən Tərtər sakini haqqını sona qədər müdafiə edəcəyini də bildirir: «Məni təhqir edirlər və yerli məmurlar mənə ironiya ilə bildirirlər ki, Qarabağ ermənilərindir və onların da olacaq. Biz Qarabağ uğrunda nahaqdan canımızı fəda etmişik. İndi belə məmurlardan nə gözləmək olar?» Geri qayıt |