Əsas Səhifə > Gündəm, Manşet > DAHA BİR MƏMURUMUZ SƏXAVƏT GÖSTƏRİB

DAHA BİR MƏMURUMUZ SƏXAVƏT GÖSTƏRİB


27-10-2011, 12:35
DAHA BİR MƏMURUMUZ SƏXAVƏT GÖSTƏRİB

AZƏRBAYCANLI MƏMUR ZƏLZƏLƏ QURBANLARINA 1 MİLYON YARDIM EDİB

DİA.AZ: - Qardaş Türkiyənin Van şəhərində baş verən zəlzələ ilə əlaqədar Azərbaycan da bir dövlət olaraq öz yardım əlini uzatmaqdadır. Məlum olduğu kimi, azərbaycanın fövqəladə hallar nazirliyinin xətti ilə Türkiyəyə davamlı olaraq müxtəlif yardımlar edilməkdədir.

Bu günlərdə yayılan bir xəbərdə isə vurğulandı ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov da şəxsən şəxsi büdcəsindən qardaş ölkəyə 10 milyon dollar həcmində yardım göstərib. Həmin vəsaitin birbaşa olaraq Türkiyənin Azərbaycandakı səfirinə təqdim olunduğu da bildirildi.

Bildirək ki, dünən Türkiyənin əksər telekanalları ortaq yayınla «Van üçün Tək ürək!» telemarafonu da təşkil edərək zəlzələ zonası zərərçəkənlərinə yardım üçün pul topladılar. Kifayət qədər ciddi vəsaitin toplandığı telemarafona Azərbaycan vətəndaşlarının da qatıldığı bəlli oldu. Məsələn, Quzey Azərbaycandan onlarla vətəndaşımız 100-1000 manat civarında qardaş ölkəyə yardım etdilər. Güney Azərbaycandan isə ümumilikdə olaraq bu kampaniyaya 2 milyon dollara yaxın pul toplanıldığı da məlum oldu.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) verilən məlumatlardan aydın olur ki, daha bir məmurumuz da anonim olaraq həmin telemarafona qoşulub. Bu barədə mötəbər mənbənin söylədikləri:

«Türkiyənin məşhur kanalı olan «KanalD»nin təşkilatçılığı ilə baş tutan telemarafona azərbaycanlı məmurlardan biri 1 milyon ABŞ dolları həcmində yardım edib, amma adının açıqlanmamasını xahiş edib».

Bildirək ki, bu məlumat artıq Türkiyə mətbuatında da yer alıb və bildirilir ki, azərbaycanlı məmurun arzusuna uyğun olaraq xeyriyyə telemarafonunun təşkilatçıları onun kimliyi ilə bağlı bilgi verməyiblər və bunu belə əsaslndırıblar ki, sağ əlinin verdiyini sol əl bilməməlidir.


Geri qayıt