Əsas Səhifə > Siyasət, Manşet > İKİ GƏNC DEPUTAT ƏLBƏYAXA OLDU

İKİ GƏNC DEPUTAT ƏLBƏYAXA OLDU


26-10-2011, 14:42
İKİ GƏNC DEPUTAT ƏLBƏYAXA OLDU

FUAD MURADOV CEYHUN OSMANLIYA ŞİLLƏ ÇƏKİB

DİA.AZ: - Redaksiyamıza maraqlı bir məlumat daxil olub. Belə ki, iki gün əvvəl Gənclərin forumundan sonra parlamentimizin iki gənc deputatı Ceyhun Osmanlı ilə Fuad Muradovun əlbəyaxa olduqları barədə informasiya almışıq.

“Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) məlumatı verən qaynaq iddia edir ki, gənc deputatların sözləri hələ tədbirdən çəp gəlib: «Doğrudur, onlar protokola uyğun olaraq tədbirdə yanaşı, oturmuşdular. Amma aralarının sərin olduğu hər kəsə məlumdur. Hətta tədbir boyunca deputatlar bir-birilərinə söz də atıblar. Nəhayətdə Ceyhunun dediyi söz Fuada xoş gəlməyib».

Mənbə bildirir ki, tədbir qurtarar-qurtarmaz Ceyhun Osmanlını kənara çay içməyə dəvət edən Fuad Muradov, ona Milli Parkın ərazisindəki çayxanaların birində ağır sözlər dedikdən sonra, hətta bir şillə də çəkib.


Geri qayıt