Əsas Səhifə > Sosial > TAMERLAN QARAYEV VƏZİFƏYƏ GETDİ

TAMERLAN QARAYEV VƏZİFƏYƏ GETDİ


15-09-2011, 20:08
TAMERLAN QARAYEV VƏZİFƏYƏ GETDİ

SIRADA MƏHƏRRƏM ƏLİYEVDİR

Prezident İlham Əliyev Tamerlan Qarayevin Azərbaycanın Hindistanda, Şri Lankada, Nepalda, Maldivdə və Banqladeşdə fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən, İbrahim Hacıyevin Azərbaycanın İndoneziyada, Timor-Leste Demokratik Respublikasında, Filippində fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncamlar imzalayıb.

“AzərTAc”ın yaydığı məlumata görə, prezidentin digər sərəncamları ilə Tamerlan Qarayev Azərbaycanın İndoneziyada, İbrahim Hacıyev isə Azərbaycanın Hindistanda fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Geri qayıt