Əsas Səhifə > Reklam > YENİ MEYVƏLİ YOĞURT BRENDİ

YENİ MEYVƏLİ YOĞURT BRENDİ


14-06-2012, 17:50
YENİ MEYVƏLİ YOĞURT BRENDİ

“MİLLA”DAN ALICILARA TÖHFƏ

Azərbaycanda süd məhsullarına və yüksəkkeyfiyyətli digər məhsullara olan artan tələbatı nəzərə alaraq, yüksəksürətli inkişaf mərhələsində olan "Milla" brendi süd və qatıqdan sonra müxtəlif çeşidli meyvəli yoğurtların istehsalına başlayıb.

"Milla" Azərbaycan ailələrinə daha sağlam məhsulları təqdim etmək niyyətindədir. Elə bu səbəbdən də meyvəli yoğurt təbii meyvələrdən istifadə edilərək hazırlanır. Alıcılar onu dadıb yerli istehsalın yüksək keyfiyyətindən zövq alacaq.

Təbii ki, "Milla" brendi uşaqları da unutmayıb və uşaqlar üçün məhsulun xüsusi çeşidlərini istehsal edəcək. Gələcəkdə uşaqlar üçün daha böyük sürprizlər olacaq.

Qeyd edək ki, "Milla" Azərbaycan bazarında səkkiz aydır ki tanınır və münasib yerli qiymətə yüksəkkeyfiyyətli məhsulları təmin etməklə dərhal istehlakçıların rəğbətini qazanıb. Bu səbədən də "Milla" sağlam və keyfiyyətli süd məhsullarının istehsalına davam edir.

Geri qayıt