Əsas Səhifə > Siyasət, Manşet > TÜRKİYƏNİN BAŞ NAZİRİNƏ BAHALI HƏDİYYƏ

TÜRKİYƏNİN BAŞ NAZİRİNƏ BAHALI HƏDİYYƏ


20-10-2011, 10:57
TÜRKİYƏNİN BAŞ NAZİRİNƏ BAHALI HƏDİYYƏ

KƏMALƏDDİN HEYDƏROV ƏRDOĞANA TARİXİ OSMANLI QILINCI BAĞIŞLAYIB

DİA.AZ: - Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin üstündən xeyli müddətin keçməsinə baxmayaraq, bu səfərlə bağlı ölkə mediasında hələ də müxtəlif xəbərlər yayılmaqdadır. Məsələn, məlumatların birində bildirilirdi ki, Ərdoğan Bakı səfəri zamanı təkcə Türkiyə dövlətinin maraqlarınıyox, həm də özünün ticari maraqlarını güdüb və nəticədə, onun kurasiyasında olan bir neçə şirkətin Azərbaycanda fəaliyyətinə şərait yaradılacağı barədə razılıq alıb.

«Dünya» İnformasiya Agentliy redaksiyasına (dia.az) isə Ərdoğanın Bakı səfəri ilə bağlı olduqca maraqlı bir informasiya ötürülüb. Hökumət içindəki məlumatlı mənbənin bildirdiklərindən belə aydın olur ki, Türkiyənin baş naziri Bakıda olarkən Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla da qeyri-rəsmi görüşüb.

Bu barədə Nazirlər Kabinetindəki qaynağımızın söylədikləri: «Ərdoğanla Heydərovun görüşü zamanı FHN şefi Türkiyənin baş nazirinə bahalı bir hədiyyə də edib. Həmin hədiyyə Azərbaycan gömrükçüləri tərəfindən 1999-cu ildə İran-Azərbaycan sərhəddində qaçaqmalçılardan birindən müsadirə olunub».

Mənbəmiz bildirir ki, Osmanlı imperatorluğuna aid olan həmin hədiyyə İranda yaşayan və əslən Azərbaycan türkü olan iş adamlarından birinin kolleksiyasında olub: «Bu nadir osmanlı qılıncıdır. Üzərində qızıl işləmələrlə qılıncın 14 əsrə aid olduğu və məşhur türk ustalarından biri tərəfindən hazırlandığı da qeyd olunur».

Mənbəmizin sözlərindən o da aydın olur ki, Ərdoğan həmin tarixi əsəri böyük məmnunluqla qəbul edib və hətta bu qılıncın onun üçün həyatında aldığı ən böyük hədiyyə olduğunu da bildirib.


Geri qayıt