Əsas Səhifə > Güney Press, Reklam > “SARI GƏLİN”Ə SARI GƏLİN

“SARI GƏLİN”Ə SARI GƏLİN


7-06-2012, 13:16
“SARI GƏLİN”Ə SARI GƏLİN

FİLMİN TƏQDİMATI NƏZƏRDƏ TUTULUB

"Sarı gəlin" sənədli filminin çəkilişləri başa çatıb.

İyunun 12-də Beynəlxalq Muğam Mərkəzində "Sarı gəlin" sənədli filminin təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un dəstəyi ilə təşkil olunan tədbirdə filmin müəllifləri tamaşaçıların diqqətinə mədəni irsimizin ən gözəl nümunələrindən olan qədim mahnını elmi araşdırmalar baxımından təqdim edəcəklər.

Təqdimatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyasının Başqırdıstan və Xakasiya respublikalarının və Moldovanın Qaqauz Yerini təmsil edən folklor kollektivlərinin ifasında "Sarı gəlin" mahnısı təqdim olunacaq.

Filmin baş prodüseri Nazim Abdullayev, ssenari müəllifi İdris Heydərli, rejissoru Rövşən Nicatdır.


Geri qayıt