Əsas Səhifə > Gündəm, Manşet > NAXÇIVAN KLANI HƏDƏFDƏ

NAXÇIVAN KLANI HƏDƏFDƏ


14-10-2011, 11:51
NAXÇIVAN KLANI HƏDƏFDƏ

TAĞI ƏHMƏDOVLA VASİF TALIBOVUN TOXUNULMAZLIĞI QALDIRILIR

DİA.AZ: - Hər zaman cəmiyyət üçün Bakı metropoliteninin şefi Tağı Əhmədovla, Naxçıvan Muxtar Repsublikası Ali Məclisinin sədri Vasif Talıbovun toxunulmazlığı bir sirr olaraq qalıb. Yəni nədən bu kimi məmur istədiklərini edə və deyə bildikləri halda, onların rəhbəri olduqları sahələrdən yetərincə şikayətlərin olmasına rəğmən yenə də görəv başında mövcudiyyətlərini qoruyub saxlayırlar?

Amma deyəsən, bu toxunulmazlıq aradan qalxmaq üzərədir. Redaksiyamıza hakimiyyət içindəki mötəbər mənbələrdən verilən bilgidə belə deyilir. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) daxil olan məlumata görə, özünün şıltaq açıqlamaları ilə daha çox diqqətə gələn Tağı Əhmədovla «Naxçıvan Xanı» statusunu qazanmış Vasif Talıbov əslində hakimiyyət daxilində Naxçvına klanının əsas fiqurlarıdırlar:

«Həmin klanın liderlərindən biri Prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Yəni belə bir klanın davamlı şəkildə mövqelərini qoruyub saxlaya bilməsi əslində şübhə doğurmamalıdır».

2005-ci ilin 17 Oktyabr hadisələri zamanı Qərbi Azərbaycan qruplaşmasının tamamilə oyundan kənar vəziyyətə salındığını bildirən mənbəmizin sözlərinə görə, Əli İnsanov və digər sözügedən bölgə mənsubu olan məmurlar, əslində hakimiyyəti «yerazlarla» bölüşmək istəməyən Naxçıvan klanı tərəfindən «vuruldu»: «Doğrudur, bu zaman Namiq Abbasov və Əli Nağıyev də çıxdaş edildi. Amma onlar Naxçıandan olalar da, həmin qruplaşmaya aid deyillər. Necə ki, Kəmaləddin Heydərov sözügedən qruplaşmada təmsil olunmur, ayrıca bir qrup lideridir».

Mənbə bildirir ki, artıq Naxçıvan klanının da sırası yetişib: «Ramiz Mehdiyev onların açar nöqtəsidir. Artıq PA rəhbərinin gedişi ilə bağlı tədarüklər görüldüyündən, buna qədər məsələn, Tağı Əhmədovun görəvdən alınması daha çox gözlənilir. Eləcə də Naxçıvana yeni rəhbər təyinatı Ramiz Mehdiyevin gedişindən öncəyə təsadüf edə bilər».


Geri qayıt