Əsas Səhifə > Siyasət, Manşet > ƏLİ NAĞIYEV BİR QƏDƏR GÖZLƏMƏLİDİR

ƏLİ NAĞIYEV BİR QƏDƏR GÖZLƏMƏLİDİR


13-10-2011, 13:25
ƏLİ NAĞIYEV BİR QƏDƏR GÖZLƏMƏLİDİR

KEÇMİŞ SƏFİRİN ULDUZU RAMİZ MEHDİYEVİN GEDİŞİNDƏN SONRA PARLAYACAQ

DİA.AZ: - Bir neçə gün əvvəl belə bir məlumat yayıldı ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belorusiyadakı sabiq səfiri Əli Nağıyeva Milli Məclis aparatında vəzifə təklif olunsa da, o, bundan imtina edib. Məlumatı yayan qaynağa görə, Əli Nağıyev bunu sabiq YAP qurucusu və sabiq nazir olaraq deputat Hadı Rəcəblinin əlinin altında işləmək istəməməsi ilə əlaqələndirib.

Bildirək ki, Əli Nağıyevə Milli Məclis aparatının sosial qanunvericilik şöbəsinin müdiri vəzifəsinin təklif edildiyi iddia olunur. Onu da qeyd edək ki, hazırda bu görəvi tutan Adilə Abbasovanın təqaüd yaşının çatmsı ilə əlaqədar istefaya göndərilməsi planlaşdırılır.

Əli Nağıyevə gəlincə isə onunla bağlı redaksiyamıza tamam fərqli bir məlumat daxil olub. Belə ki, bu barədə «Dünya» İnformasiya Agentliyinə (dia.az) danışan iqtidar daxilindəki mötəbər qaynaqlar sabiq səfirin Prezidet administrasiyasına gətiriləcəyini söyləyirlər.

Mənbənin dedikləri: «Lakin bunun üçün Əli Nağıyev bir qədər gözləməlidir. Daha doğrusu, Ramiz Mehdiyevin Prezident administrasiyasından gedişini».

Mənbəyə görə, gələn ilin may ayının sonlarında veriləcək qərarla Ramiz Mehdiyevin öz postundan uzaqlaşdırılması nəzərdə tutulur: «Bundan sonra Əli Nağıyev Prezident administrasiyasına gətiriləcək». Mənbəyə görə, Ramiz Mehdiyevlə yanaşı, bu gün onun adamı kimi tanınan bir neçə fiqur da PA-dakı vəzifələrini itirəcəklər.

Onların sırasında PA-da şöbə müdiri olan Əli Həsənovun da olduğunu bildirən mənbəyə görə, Əli Nağıyev də məhz Əli Həsənovun yerinə gətiriləcək. Bu isə o deməkdir ki, Əli Nağıyev yeni təyinatı üçün bir qədər gözləməlidir.

Geri qayıt