Əsas Səhifə > Gündəm, Manşet > İRANLI DİPLOMAT ERMƏNİLƏRƏ CASUSLUQ EDİR

İRANLI DİPLOMAT ERMƏNİLƏRƏ CASUSLUQ EDİR


11-10-2011, 14:15
İRANLI DİPLOMAT ERMƏNİLƏRƏ CASUSLUQ EDİR

XOŞSİYARİ ƏYYUBZADƏ ERMƏNİSTAN KƏŞFİYYATINA DƏRS DEYİB

DİA.AZ: - İranın Azərbaycana qarşı hansı səviyyədə düşmən münasibət saxladığını əlavə olaraq izah etməyə ehtiyac yoxdur. Son günlər isə fars-molla rejimi Azərbaycan türkünə nə qədər nifrət etdiyini bariz şəkildə ortaya qoyur. Elə Azərbaycan əleyhinə düzənlənən tədbirləri də bu qəbildən hesab etmək olar.

O da məlumdur ki, İranın Azərbaycandakı səfirliyi də son günlər fəallaşıb və hətta bu günlərdə Azərbaycanda irançı qüvvə kimi tanınan Azərbaycan İslam Partiyasının toplantısında da fars-molla rejimi səfirliyinin nümayəndəsinin iştirak etməsi barədə məlumatlar yayılıb. Bir sözlə, əslində səfirlikdən daha çox bir kəşfiyyat yuvası kimi fəaliyyət göstərən İranın diplomatları Bakıda əməlli-başlı at oynadırlar.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına isə (dia.az) İran Mədəniyyət Mərkəzi adı altında fəaliyyət göstərən kəşfiyyat yuvası, daha dəqiqi bu qurumda sədr müavini postunu tutan Xoşsiyari Əyyubzadə barədə şok faktlar daxil olub.

Bəri başdan bildirək ki, bu faktların ictimailəşməsinin ardından Xoşsiyarinin Azərbaycandan deportasiya edilmgsi prosesinə start verilə bilər. Hər halda, bu addımın atılması zərurəti mövcuddur.

Əlumatlı mənbəni söylədikləri: «Xoşs iyari hal-hazırda İranın Bakıda fəaliyyət göstərən mədəniyyət mərkəzinin müavinidir və həmçinin mədəniyyət mərkəzinin Şəhriyar adlı klubunu da idarə edir. O əslində Azərbaycanda dini durum və din barədə kəşfiyyat məlumatları toplamaqla məşğuldur.Azərbaycan hakimiyyəti bunu yaxşı bilir».

Mənbə bildirir ki, əsas olanı heç də bu deyildir: «Əsas Xoşsiyarinin Azərbaycana təyin edilməmişdən əvvəl Ermənistanda, Ermənistan Xüsusi Xidmət Orqanlarının əməkdaşlarına islam dini, dini siyasi cərəyanlar və islam məzhəbləri və bu məzhəblər barədə təfərrüatlı kurslar təşkil etməsidir. Ermənistan kəşfiyyatının tələbi üzərində İranın ETTELAT agenturası islam dini cərəyanları barədə təcrübəli kəşfiyyatçı Xoşsiyarini Ermənistana göndərmişdir».

Mənbə bildirir ki, erməni Kəşfiyyatı islam dini barədə və təfərrüatları barədə təcrübəsizdir: «Çünki indiyə kimi Ermənistan üçün islam dini cərəyanlarını bilmək önəmli deyildi. Erməınistan Azərbaycandan əsir düşən əsgərlərlə söhbət, digər ölkələrdə azərbaycanlıları əməkdaşlığa cəlb etmək üçün dini cərəyanları və xüsusiyyətlərini öyrənməyə ehtiyac duymuşdur.Çünki əsgərlər içərisində nurçu, vəhabi, şiə etiqadında olan əsgərlərin olması fikrini məhz şeytan İran tərəfi Ermənistan Kəşfiyyatına çatdırıb».

Mənbə onu da vurğulayır ki, Azərbaycandan əsir götürülən əsgərlərlə etiqadına görə söhbət etmək və onların əməkdaşlığa cəlb etmək üçün dini dəyərlədən istifadə etmək metodlarını məhz Xoşsiyari İrəvanda Erməni Kəşfiyyatının əməkdaşlarına 2 aylıq dərs müddətində öyrədib: «Xoşsiyarinin ermənilərlə yaxın dost olması və Azərbaycan türkünə nifrət etməsi də bir faktdır. Onun tez bir zamanda Azərbaycandan qovulması üçün bütün media orqanları və Azərbaycan xalqı ayağa qalxmalıdır».

Mənbə onu da vurğulayır ki, əslində bu gün casus şəbəkəsi kimi fəaliyyət göstərən İran Mədəniyyət Mərkəzinin Ermənistan kəşfiyyatı ilə əlaqələri də istisna deyil: «Hər halda Xoşsiyari kimi bir simanın hazırda Azərbaycanda görəv başında olması buna şərait yaradır. Xoşsiyarinin isə Ermənistan kəşfiyyatı ilə əlaqələrinin üzüldüyünü kimsə təsdiqləyə bilməz. Belə bir fiqurun bu gün Bakıda sərsəbtlik qazanması həm də düşmən ermənilərin marağındadır».

Hər halda, bu faktlara müvafiq dövlət qurumlarının və eləcə də Azərbaycan ictimaiyyətinin diqqət ayırması vacibdir. Çünki söhbət dövlətimizin və millətimizin təhlükəsizliyindən gedir.


Geri qayıt