Əsas Səhifə > Partiya > SİYASİ MƏHBUSLARIN SIRASI GENİŞLƏNDİ

SİYASİ MƏHBUSLARIN SIRASI GENİŞLƏNDİ


10-10-2011, 12:31
SİYASİ MƏHBUSLARIN SIRASI GENİŞLƏNDİ

DAHA 4 MÜXALİFƏ HÖKM OXUNDU

Bu gün Nəsimi rayon Məhkəməsində İctimai Palatanın (İP) aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılan Ülvi Quliyev, Əhəd Məmmədli, Elnur Məcidli və Rüfət Hacıbəylinin cinayət işi üzrə məhkəmə başa çatıb.

APA-nın xəbərinə görə, adı çəkilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Ülvi Quliyev 3 il, Əhəd Məmmədli 3 il, Elnur Məcidli 2 il, Rüfət Hacıbəyli isə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Mülki iddialar əsassız hesab edildiyindən baxılmamış saxlanılıb.

Qeyd edək ki, məhkəmə keçirilən zaman təqsirləndirilən şəxslərin qohumları və yaxınları məhkəmə binası önündə müxtəlif şüarlar səsləndiriblər. Polis onları ərazidən uzaqlaşdırıb.

Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.


Geri qayıt