Əsas Səhifə > Partiya > ADİP-DƏN MEDİAYA DƏSTƏK

ADİP-DƏN MEDİAYA DƏSTƏK


4-10-2011, 16:37
ADİP-DƏN MEDİAYA DƏSTƏK

ASİM MOLLAZADƏ MÜKAFAT TƏSİS ETDİ

Demokratik İslahatlar Partiyasının (DİP) təsis etdiyi “Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” mükafatın təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, DİP-in qərargahında keçirilən tədbirdə partiya sədri, deputat Asim Mollazadə çıxış edərək mükafatın təsis olunması barədə məlumat verib. O bildirib ki, DİP-in Siyasi Şurası 22 iyul – Milli Mətbuat Günü münasibətilə “Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” adlı mükafat təsis edib.

Azərbaycanda jurnalistikanın inkişaf etdiyini deyən A. Mollazadə ölkədə bacarıqlı jurnalistlərin yetişdiyinə görə çox sevindiyini vurğulayıb: “Bu mükafat daha çox rəmzi xarakter daşıyır. Amma biz daha çox cəmiyyətdə diqqəti söz və mətbuat azadlığına yönəltmək istəyirik”.

Tədbirdə Vüsalə Mahirqızı (APA-nın baş direktoru) – Azərbaycanda çoxşaxəli elektron medianın inkişafındakı xidmətlərə görə, Zahir Əzəmət (ann.az portalının baş redaktoru) – Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təbliğindəki xidmətlərə görə, Qalib İbrahimoğlu (“Ekspress” qəzetinin redaktoru) – Azərbaycanın siyasi həyatının mediada peşəkarcasına işıqlandırılmasına və siyasi şərhlərinə görə, Sevinc Əhmədova (aze.az saytının baş redaktoru) – Azərbaycanla bağlı məlumatların xarici dillərdə beynəlxalq ictimaiyyətə çatdırılmasında xidmətlərə görə diplomla təltif olunublar.

APA-nın baş direktoru Vüsalə Mahirqızı çıxışında bildirib ki, Azərbaycanda siyasi partiyaların rəhbərləri mətbuata münasibətdə daha çox tənqidi mövqe tuturlar, bu mənada DİP-in jurnalistlərin əməyini qiymətləndirməsi təqdirəlayiq haldır.

Geri qayıt