Əsas Səhifə > Reklam > BAKCELL-İN CINERATION ABUNƏÇİLƏRİ ÜÇÜN ZERO FACEBOOK

BAKCELL-İN CINERATION ABUNƏÇİLƏRİ ÜÇÜN ZERO FACEBOOK


6-02-2012, 17:11
BAKCELL-İN CINERATION ABUNƏÇİLƏRİ ÜÇÜN ZERO FACEBOOK

MOBİL OPERATORDAN SÜRPRİZ

Azərbaycanın mobil operatoru və aparıcı mobil internet-provayderi "Bakcell" şirkəti elan edir ki, 7 fevral 2012-ci il tarixindən etibarən zero.facebook xidmətindən müstəsna olaraq yalnız CINeration abunəçiləri istifadə edə biləcəklər.

Şirkətdən DİA.AZ-a verilən məlumata görə, mobil telefonlardan zero.facebook.com səhifəsinə giriş CINeration abunəçiləri üçün tamamilə pulsuz olacaq. Onlar eynilə adi facebook.com saytında olduğu kimi, burada da öz statuslarını yeniləyə, xəbərləri oxuya, ismarıclar göndərə, gələn ismarıclara cavab verə və dostların səhifəsinə yaza biləcəklər. Yalnız şəkillərə baxdıqda və ya zero.facebook.com səhifəsini tərk edib digər mobil internet səhifələrinə daxil olduqda istifadəçilərin balansından pul çıxılacaq. İstifadəçi şəkillərə baxmaq və ya digər mobil səhifəyə keçmək istədikdə ekranda onun 0.facebook.com səhifəsini tərk etməsi və bundan sonrakı istifadənin ödənişli olması barədə xəbərdarlıq ediləcək.

zero.facebook xidmətindən istifadə etmək üçün CINeration abunəçiləri öz mobil telefonlarından bu ünvanlardan birinə daxil ola bilərlər:

• 0.facebook.com
• O.facebook.com
• o.facebook.com
• zero.facebook.com

CINeration abunəçisi olmayan digər müştərilərinə isə "Bakcell" şirkəti Opera Mini brauzerinin limitsiz internet imkanı verən xüsusi versiyasını təklif edir. "Bakcell" abunəçiləri ayda sadəcə 1.99 manat ödəməklə, Opera vasitəsilə pulsuz internetdən yararlana bilərlər.

"Bakcell" şirkəti mobil internetin inkişaf etdirilməsi sahəsində Azərbaycan bazarının lideridir. zero.facebook və Opera Mini kimi yeniliklər müştərilərə pulsuz olaraq internetdən istifadə edib ünsiyyət saxlamaq imkanı yaradır. "Bakcell" şirkəti Azərbaycanda öz müştərilərinə mobil telefonlardan Facebook sosial şəbəkəsinə pulsuz giriş imkanı verən yeganə mobil operatordur.

zero.facebook.com Facebook şəbəkəsinin bütün əsas funksiyalarına malikdir və hətta digər aparıcı olmayan mobil operatorların təqdim etdiyi Facebook-un standart mobil versiyası sayılan m.facebook.com səhifəsindən də sürətlə yüklənir.

Zero.facebook, Opera Mini və Bakcell-in digər məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.bakcell.com internet səhifəsinə daxil olmaq və ya 555-ə zəng etmək olar.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.


Geri qayıt