Əsas Səhifə > Hadisə, Manşet > BƏRDƏDƏ ÖZBAŞINALIQ

BƏRDƏDƏ ÖZBAŞINALIQ


26-09-2011, 16:07
BƏRDƏDƏ ÖZBAŞINALIQ

YERLİ MƏMURUN ŞOK ETİRAFLARI

DİA.AZ: - Bərdədə məmur özbaşınalığı kuliminasiya həddinə çatıb. Bu barədə redaksiyamıza edilən şikayətlərdən də aydın olur ki, rayonda son günlər yaranmış su problemi kimsənin vecinə deyil və sakinlərin üsyan həddinə qədər tarıma çəkilən əsəbləri belə problemin həlli istiqamətində hansısa məmurun yerindən tərpənməsinə nədən olmur.

Bərdə sakinlərinin redaksiyamıza ünvanladığı şikayətə görə, neçə müddətdir ki, onlar su üzünə həsrət qalıblar. Səbəbsə rayonun içməli su problemini həll etməli olan artezian quyularının nasoslarının işləməmisidir.

Sakinlər bildirirlər ki, artezian quyularının istismarı idarəsinin rəisinə və yerli icra strukturlarına problemlə bağlı dəfələrlə şikayət etsələr də, xeyri olmayıb: «İdarənin rəisi Firudin müəllim əksinə, bizdən dəfələrlə nasosların təmiri adı altında pul yığıb. Amma yenə də susuz qalmışıq».

Biz də şikayətləri əldə əsas tutaraq Firudin müəllimlə görüşmək qərarına gəldik. Qəbul gününün olmasına baxmayaraq, onu iş yerində tapa bilmədik. Öyrənə bildik ki, Firudin müəllim Bərdənin Ərəblər kəndindədir. Eləməyib tənbəllik onu tapmaq üçün ərəblər kəndinə getdik.

Amma Firudin müəllim bizimlə söhbətində bildirdi ki, sakinlər yalan danışırlar: «Artezian quyuları işləyir», Halbuki özümüz də quyuluranı işləmədiyinə şahidlik etmişdik. Daha sonra Firudin müəllimdən sakinlərdən nasosların təmiri məqsədilə hansı səbəbdən pul yığılmasının səbəblərini öyrəndik və bu məqsədlə dövlətin ayırdığı pulların hansı ünvanlara xərclənməsi ilə maraqlandıq. Və Firudin müəllim bizə çox ilginc bir faktı açıqladı.

Onun sözlərinə görə, əslində sakinlərdən nasosların təmiri altında pulun yığılması prosesi təbiidir: «Nə etməliyəm? Öz cibimdən nasosları təmir edəsi deyiləm ki?». İdarə rəisi bildirdi ki, başçının tapşırığı ilə rayonun əzi aslanov küçəsində abadlıq işləri ilə məşğuldur və artıq 200 min manata yaxın pulu çıxıb: «Bu pulları cibimdən qoyası deyiləm ki? İdarəyə ayrılan pulları abadlığa sərf edirəm. İndi də ərəblər kəndinin orta məktəbinin divarlarındakı aqlayı söküb, Həci Aslanov küçəsinin abadlığı üçün aparıram. Bu işləri də başçının tapşırığı ilə edirəm».

Hər halda, Firudin müəllimin bu etirafından sonra artıq bir sözə ehtiyac qalmır.

Elnur RƏHİMOĞLU (dia.az-BƏRDƏ)


Geri qayıt