Əsas Səhifə > Siyasət, Manşet > FHN ŞEFİ MEDALLARI SATIN ALIB

FHN ŞEFİ MEDALLARI SATIN ALIB


23-09-2011, 11:17
FHN ŞEFİ MEDALLARI SATIN ALIB

[b]AZƏRBAYCAN BOKSU İLƏ BAĞLI BEYNƏLXALQ QALMAQAL

Bi-bi-si (BBC) telekanalının "Nyusnayt" verilişi Azərbaycanla bağlı sensasion faktlar açıqlayıb. Bu, Azərbaycandan World Series Boksinq (WSB) təşkilatına gizli şəkildə milyonlarla dollar ödənilməsi barədədir.

Mənbə xəbər verib ki, BBT-nin rəhbərliyi faktı təsdiqləyib və deyib ki, bu pullar 2012-ci ildə Londonda keçiriləcək olimpiadada Azərbaycan boksçularının iki qızıl medal qazanmasına təminat almaq məqsədilə ödənilib.

Olimpiya döyüşlərini təşkil edən Beynəlxalq Həvəskar Boks Assosiasiyası etiraf edir ki, Azərbaycan vətəndaşı yarışlardan birinin fonduna 9 milyon dollar pul ödəyib. Ancaq BHBA arada medal sazişi olduğunu inkar edir.

Boks təşkilatındakı mənbə "Nyisnayt" verilişi ilə əlaqə yaradaraq WSB direktoru İvan Xodabaxşın ünvanına ittihamlar səsləndirib.

Mənbənin sözlərinə görə, Xodabaxş deyib ki, yarışların maliyyələşdirilməsi barədə gizli saziş London olimpiadasının boks turnurlərinin nəticələrini saxtalaşdırmaq, azərbaycanlı boksçulara qızıl medal təşkil etmək üçün bağlanıb.

Mənbə bildirib: "İvan bizim qarşımızda lovğalanırdı ki, WSB-nin pulu barədə narahat olmaq lazım deyil, azərbaycanlı boksçular medal qazanan kimi WSB vəsaiti nağd şəkildə alacaq".

Başqa bir mənbənin sözlərinə görə, Xodabaxş otağa girib və deyib ki, bizim işimiz qaydasındadır, azərbaycanlılar gəldilər - buna görə onlara medal verməyimiz lazım gələcək: "O, London olimpiadasının qızıl medallarına görə gizli şəkildə milyonlarla dollar odənilməsindən danışırdı. Medalların bu cür açıq-aşkar satılması şaşırdıcıdır".

Xodabaxş bu ittihamları rədd edərək deyib ki, Azərbaycanla hər hansı bir medal müqaviləsi tamamilə yalandır: "Mən kiməsə iki qızıl medal təklif etməyim barədə deyilənləri inkar edirəm və kiminsə belə etdiyi barədə xəbərim yoxdur".

"Nyusnayt"ın əlində olan sənədə görə isə, WSB direktoru Xodabaxş, BBT-nin icraçı direktoru Xo Kim və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasında 10 milyon dollarlıq investisiya müqaviləsi imzalanıb.

Sənədlərin arasında Xodabaxşdan FHN-ə göndərilən elektron məktub da var. Məktubun məzmunu belədir: "Zəhmət olmasa, investisiya vəsaitini mümkün qədər tez “WSB America”-nın hesabına köçürün".

Mənbələr bildirir ki, azərbaycanlı nazir Heydərov WSB-yə azərbaycanlı investoru təqdim edib, bu hökumət üzvü və onun köməkçisi tərəflər arasında vasitəçi kimi çıxış ediblər, investor özü isə ingiliscə pis danışırmış.[/b]
Geri qayıt