Əsas Səhifə > Gündəm, Manşet > ƏDLİYYƏ NAZİRLİYİ ADINA UTANC

ƏDLİYYƏ NAZİRLİYİ ADINA UTANC


1-12-2011, 14:52
ƏDLİYYƏ NAZİRLİYİ ADINA UTANC

MƏHKƏMƏ BİNASINI KİM VƏ NECƏ TƏMİR ETDİRİB?

DİA.AZ: - Məlumdur ki, dövlət tərəfindən dövlətə aid binaların həm inşasına və həm də təmirinə gərəkən vəsait ayrılır. Elə Nəsimi rayon məhkəməsinin binasına da büdcədən müvafiq vəsait ayrılıb. Amma deyəsən, məhkəmənin sədri Ağamalı Qafarov həmin vəsaiti mənimsədiyindən bu işi başqalarına gördürmək məcburiyyətində qalıb.

Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) daxil olan məlumatlardan bəlli olur ki, Ağamalı Qafarovun rəhbərlik etdiyi məhkəmənin binası cəmiyyət tərəfindən fırıldaqçı kimi tanınan bir şəxs - Yusifov Amil tərəfindən təmir etrilib.

Yəqin ki, bu ad sizə tanış gəldi. Bəli, söhbət məhz yırıldaq və şər-böhtan yolu ilə Qaradağ rayonu ərazisində onlarla sahibkara divan tutan Yusifov amildən gedir.

Mənbəmiz bildirir ki, yaxınları ilə söhbətində bu adam bildirib ki, artıq Nəsimi rayon məhkəməsi ona məxsusdur: «Hətta çevrəsinə deyib ki, məhkəməlik işləri olsa, ona gətirsinlər. Bu rayonda həll edə bilər».

Onu da bildirək ki, dövlət binasının təmiri məqsədilə Yusifov Amilin şəxsi avtomobilini satdığı da söylənilir. Və bu günlərdə bu fırıldaqçı şəxsin artıq tam olaraq ələ keçirdiyi Nəsimi rayon məhkəməsinin əli ilə 5 vətəndaşın şəxsi avtomobilinə qanunsuz olaraq həbs qoydurması da gələn xəbərlər içindədir.

Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt