Əsas Səhifə > Gündəm, Manşet > ƏLİ HƏSƏNOV ÇƏTİN DURUMDA

ƏLİ HƏSƏNOV ÇƏTİN DURUMDA


28-11-2011, 17:11
ƏLİ HƏSƏNOV ÇƏTİN DURUMDA

PA RƏSMİSİ FHN ŞEFİ İLƏ TOQQUŞMALI OLDU

DİA.AZ: - «Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov yaxın günlərdə görəvindən alına bilər. Buna səbəb onun iqtidariçi konfliktlərə həddindən artıq yaxın olması və bu səbəbdən birbaşa olaraq hakimiyyətin üst düzəyinin hədəfinə çevrilməsidir». Bu barədə məlumat redaksiyamıza YAP-dakı qaynaqlardan ötürülüb.

Bilgili mənbənin «Dünya» İnformasiya Agentliyi redaksiyasına çatdırdığı sözlərindən belə məlum olur ki, Əli Həsənov son günlər media istiqamətində kifayət qədər nüfuz sahibi olması səbəbindən bu sahəyə nəzarət edən digər oliqarxlarla maraqları toqquşub. Söhbət hazırda çox ciddi media maqnatı hesab olunan fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan gedir.

Mənbə bildirir ki, Əli Həsənov hər həftə rəsmi və qeyri-rəsmi şəkildə hakimiyyətə aidiyyatı olan KİV-lərin rəhbərlərini təlimatlandırır: «Lakin Kəmaləddin Heydərovun qəzetləri heç bir zaman bu təlimatlandırma tədbirlərinə qatılmırlar. Maraqlıdır ki, bu tədbirə birbaşa olaraq Prezident Administrasiyasının orqanı kimi nəşr olunan «Respublika» qəzetinin baş redaktoru da ara-sıra qatılır».

Mənbəmiz bildirir ki, keçən həftənin əvvəlində Əli Həsənov FHN şefinin kontrolunda olan çox nüfuzlu KİV-in rəhbərini tədbirinə qatmağa çalışsa da, buna nail olmayıb və bundan sonra həmin KİV-in rəhbərini ağır formada aşağılayıb: «Əslində Kəmaləddin Heydərov öz nəzarətində olan mətbuatın rəhbərlərinə Əli Həsənovdan uzaq durmaq barədə təlimat verdiyindən belə bir hadisə yaranıb. Və məsələ FHN şefinin qulağına çatıb».

Məlumatlarda o da deyilir ki, bundan sonra Kəmaləddin Heydərov da Əli Həsənovu hədələyərək, onun media imperiyasını çökdürəcəyini bildirib. Onu da bildirək ki, Əli Həsənovun nəzarətində olan qəzetlərin böyük əksəriyyəti məhz FHN şefinə yaxın maliyyə qaynaqları tərəfindən maliyyələşir.

Geri qayıt