Əsas Səhifə > Güney Press, Reklam > "AZERCELL"DƏN 4G YENİLİYİ

"AZERCELL"DƏN 4G YENİLİYİ


6-02-2013, 13:03
"AZERCELL"DƏN 4G YENİLİYİ
"BU İL ŞƏBƏKƏ GENİŞLƏNİR"

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti bu il ərzində 4G şəbəkəsinin əhatə dairəsini genişləndirəcək. DİA.AZ-ın məlumatına görə, bunu «Azercell Telekom»un prezidenti Kirill Qaburiç şirkətin 2012-ci ildə fəaliyyətinə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda 4G şəbəkəsi yalnız paytaxt Bakının 10 məntəqəsini əhatə edir: «Bu il ərzində 4G şəbəkəsinin əhatə dairəsi genişləndiriləcək. Şəbəkə dairəsi Bakı şəhəri ilə yanaşı Abşeron yarımadasını da əhatə edəcək. Eyni zamanda, 3G şəbəkəsini də təkmilləşdirəcəyik».

K.Qaburiç onu da bildirib ki, gələcəkdə 4G xidmətinin əhatə dairəsi ölkənin digər şəhər və rayonlarını da əhatə edəcək.

Şirkətin əlavə dəyər xidmətləri şöbəsinin rəhbəri xanım Leyla Məmmədova isə bildirib ki, hazırda şirkətin 3G xidmətindən istifadə edənlərin sayı 2 mln-dan çoxdur: «4G xidmətindən istifadə edən isə azdır. Bu da sözügedən xidmətin dəstəklədiyi avadanlıqların ölkədə məhdud sayda olması ilə əlaqədardır».

Geri qayıt