Əsas Səhifə > Güney Press, Reklam > "BAKCELL" 4G ŞƏBƏKƏSİNİ İŞƏ SALIR
"BAKCELL" 4G ŞƏBƏKƏSİNİ İŞƏ SALIR17-01-2013, 13:49 |
MOBİL OPERATORDAN YENİLİK "Bakcell" mobil rabitə operatorunun abonent bazası 2012-ci ilin yekunları üzrə 15 faiz artıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Bakcell"in rəhbəri Riçard Şirer şirkətin Bakıda keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, mobil internet bazarının 40 faizi "Bakcell" şirkətinə məxsusdur. "Bakcell" şəbəkəsində işə salınan baza stansiyalarının sayı 2 min ədədi ötür. Hazırda şirkətin şəbəkəsi əhalinin 99 faizindən çoxunu və respublika ərazisinin 92 faizini əhatə edir. "Bakcell"in ölkənin mobil rabitə bazarında payı 35 faiz təşkil edir. Şəbəkənin aktiv abonentlərinin sayı 2,6 milyonu ötür. Şəbəkədə qeydiyyata alınan abonent nömrələrinin sayı 3 milyon təşkil edir. "Hazırda 4G şəbəkəsinin işə salınması, nömrələrin daşınması (MNP) xidmətinin işə salınması məsələləri üzrə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə danışıqlar aparırıq. Hər iki xidmətin cari il ərzində tətbiqi nəzərdə tutulub", - Şirer qeyd edib. Geri qayıt |