Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOV SOYADINI NİYƏ DƏYİŞDİRİB?

ZİYA MƏMMƏDOV SOYADINI NİYƏ DƏYİŞDİRİB?


17-09-2011, 14:15
ZİYA MƏMMƏDOV SOYADINI NİYƏ DƏYİŞDİRİB?

ONUN BİR VAXTLAR “MEHDİYEV” OLDUĞU BİLDİRİLİR

Nəqliyyat naziri Ziya Məmmədov orta məktəbdə oxuduğu zamanlarda dərs jurnalında soyadı Mehdiyev olaraq yazılırmış. Bu barədə “Dünya” İnformasiya Agentliyinə (dia.az) etibarlı mənbələrdən məlumat daxil olub.

Həmin məlumata görə, hazırkı nazirin atası da Mehdiyev soyadını daşıyır və sonradan bəlli olmayan səbəblər üzündən Ziya müəllim Mehdiyevdən Məmmədova keçid edib.

Məlumatı dəqiqləşdirmək üçün Ucardakı həmyaşıdları ilə də əlaqə saxlamağa çalışdıq. Bakıda yaşayan və Ziya Məmmədovla paralel oxuduqlarını iddia edən ucarlı şəxslərdən birinin saytımıza verdiyi məlumata görə, bu deyilənlər həqiqətdir.

Onun sözlərinə görə, nəqliyyat naziri orta məktəbdə oxuduğu dövrlərdə Mehdiyev soyadını daşıyırmış. Hətta nazirin atasının da eyni soyadda olduğunu qeyd edən mənbə sonradan dəyişikliyin edilməsinin səbəbindən xəbərdar olmadığını vurğulayıb. O sonda onu da bildirib ki, orta məktəbi bitirən zaman çəkilmiş «Vinetka»da belə Ziya Məmmədovun soyadı Mehdiyev olaraq göstərilib.


Geri qayıt