Əsas Səhifə > Gündəm, Manşet > Neftçilər narazılıq edirlər ki...

Neftçilər narazılıq edirlər ki...


Dünən, 09:33
Neftçilər narazılıq edirlər ki...
"SOCAR, sahə üzrə məsul şəxslər. Əmək Məcəlləsinin 310-cu maddəsinə uyğun olaraq cavabdehsiniz!" Dia-az.İnfo xəbər verir ki, bu barədə öz postunda paylaşım edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı üzünü SOCAR rəhbərliyinə tutaraq işçilərin üzləşdiyi problemlə bağlı izahat tələb. edib.

"İşçiyə belə zülüm etməzlər" deyə fikrini davam etdirən tanınmış hüquq müdafiəçisi daha sonra Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsində çalışan işçilərə istinadla yazır:
"Baxın, bu ay - yəni sentyabır ayının 5-i işə getməli idik. Gedə bilmədik... Həmin gün saat 8-də çağırdılar. Saat 11-ə qədər "gözləyin, gözləyin" dedilər, sonra saat oldu 2... Dedilər, gəmi olmayacaq... çıxıb qayıtmışıq.
Yolu yarı edəndən sonra zəng edilıər ki, gəmi olacaq. Yoldan qayıdıb gedmişik saat 5-ə kimi gözlədik gəminin içində. Sonra dedilər ki, gəmi gedə bilmir... gedin evə.... Camaat səs salandan sonra gəmi çıxdı 15 dəqiqədən sonra dənizdən qayıtdı ki, gedə bilmirəm...
Heç kim əvvəlcədən "smen" vaxtını xəbər vermir ki, camaatı toplasınlar. Desinlər ki, bu vaxt "smen" olacaq, gəmi ayırıblar... Kim ərzaq aparırsa, xarab oldu... Acınacaqll vəziyyətdir. Heç kim də danışmır... qınamırıq... qorxurlar... Vallah, çarəmiz kəslib, hamı da özündən qorxur ki gedib söz deyəcək, məni işdən çıxaracaqlar, ya da problem yaradacaqlar işdə..."

Geri qayıt