Əsas Səhifə > Gündəm, Manşet > Qəbələnin Kiçik Pirəli kəndində yaşayan evdar qadının böyük “biznesi” nələrdən xəbər verir
Qəbələnin Kiçik Pirəli kəndində yaşayan evdar qadının böyük “biznesi” nələrdən xəbər verir3-09-2024, 08:25 |
Azərbaycanda bir çox dövlət qurumları tərəfindən keçirilmiş satınalmaların qalib olan müxtəli adlara malik şirkətlər barədə mediada və sosial şəbəkələrdə çox yazılıb. Bu şirkətlərin böyük əksəriyyətinin adlarından başqa demək olar, heç nəyi yoxdu. Əksəriyyət şirkətlərin dövlət qeydiyyatında göstərdikləri ünvan belə səhvdi, yaxudd da bilərəkdən əhv göstərilir.Belə şirkətlərin maddi texniki bazası, işçi qüvvəsi, etibarlılığı barədə ümumiyyətlə söhbət açmağa dəyməz. Belə şirkətlər daha çox dövlət büdcəsindən müxtəlif adlar altında vəsaitlərin çıxarılması, nağdlaşdırılması məqsədi ilə yaradılır. Bir müddət sonra külli miqdarda vergi borcu ilə arxivlərə qoyulur. Belə təkzib olunmamış faktlara elektron mediada kifayət qədər rast gəlmək mümkündür. Belə şirkətlərdən biri də “NUR SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Son aylar ardıcıl olaraq onlarla satınalma müqaviləsi bağlanılmış MMC-nin fəaliyyət dairəsi barədə nə kimi məlumatlar var? Açıq internet mənbələrində MMC-nin barəsində demək olar ki, heç bir məlumat yoxdur. Amma bu MMC-nin aprel -avqust aylarında, respublikanın ayrı-ayrı bölgələrində dövlət qurumlarının keçirdiyi tender və kotirovka sorğularının qalibi olması barədə dövlət satınalmalarının vahid internet portalında geniş məlumatlar var. Qısa bir zamanda ayrı-ayrı rayonlarda dövlət sifarişləri qazanan MMC-nin maddi texniki bazası barədə axtarışlarımız da nəticə vermədi. MMC-nin nə qədər işçisi olması, ayrı-ayrı məsafədə olan rayonlarda böyük həcmli tikinti işlərinin həyata keçirilməsi üçün işçi qüvvəsinin, təcrübəli mütəxəssislərin, texniki vasitələrinin olub, olmaması, etibarlığının olması sual altındadır. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NUR SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.02.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 2 manat olan MMC-nin hüquqi ünvanının QƏBƏLƏ RAYONU, KİÇİK PİRƏLİ, qanuni təmsilçisi kimi isə Yusibova Rəhimə Rəhman qızı qeyd olunub. Mərkəzi Seçki komissiyasının seçicilərin siyahısına daxil edilmiş məlumatlarda Yusibova Rəhimə Rəhman qızının 1961-ci il tarixdə anadan olduğu, Qəbələ rayonu Kiçik Pirəli kəndində daimi pasport qeydiyyatında olduğu göstərilir. Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə Rəhimə Yusibova evdar qadındı. İndi gəlin Qəbələnin kəndində yaşayan bu qadının son aylarda qazandığı satınalmalara diqqət yetirək. Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası istehlakyönlü xidmətlərin və şüşələrin yuyulması xidmətlərinin sagtınalması üzrə 42.635,76 manat məbləğində satınalma müqaviləsi 31.08.2024-cü ildə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin 2024-cü ildə öhdəlikdə olan İstehlakyönlü müxtəlif xidmətlər(tədbirlərin təşkili) üzrə 4.973,7 manat məbləğində satınalma müqaviləsi 31.07.2024-cü ildə, 2 saylı İstintaq Təcridxanası Yumşaq inventarların satın alınması üzrə 49.900 manat məbləğində satınalma müqaviləsi 26.07.2024-cü ildə, Zərdab Rayon Yaşıllaşdırma Təsərrüfatı Müəssisəsi Dəftərxana və Təsərrüfat Mallarının satınalınması üzrə 867 manat məbləğində satınalma müqaviləsi 18.07.2024-cü ildə, Zərdab Rayonu üzrə Maliyyə Şöbəsi Dəftərxana və təsürrüfat mallarının alınmsı üzrə 1.556 manat məbləğində satınalma müqaviləsi 08.07.2024-cü ildə, Salyan Suvarma Sistemləri İdarəsi Dəftərxana və təsürrüfat mallarının alınmsı üzrə 1.556 manat məbləğində satınalma müqaviləsi 08.07.2024-cü ildə, Ağstafa Rayonu İcra Hakimiyyəti Başçisinin Ağstafa Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi Dəftərxana və təsürrüfat mallarının alınmsı üzrə 1.434 manat məbləğində satınalma müqaviləsi 06.06.2024-cü ildə, Qobustan Rayon İcra Hakimiyyəti başçısının Qobustan şəhəri üzrə İcra Nümayəndəliyi Dəftərxana və təsərrüfat mallarının, mətbə məhsulları və təsərrüfat (tikinti cari təmir) mallarının satınalınması üzrə 1.476,9 manat məbləğində satınalma müqaviləsi 30.05.2024-cü ildə, Daxili İşlər Nazirliyi Komendat Xidməti Dəftərxana və təsürrüfat mallarının alınmsı üzrə 231.497,95 manat məbləğində satınalma müqaviləsi 30.05.2024-cü ildə, “AZELAB” Məhdud Məsuliyyətli Cəmiyyəti Dəftərxana və təsürrüfat mallarının alınmsı üzrə 9.731,8 manat məbləğində satınalma müqaviləsi 14.05.2024-cü ildə, Salyan Rayon İcra Hakimiyyəti Salyan rayon İcra hakimiyyətinin kütləvi bayram tədbirlərinin satınalınması üzrə 76.800 manat məbləğində satınalma müqaviləsi 30.04.2024-cü ildə, Salyan Rayon İcra Hakimiyyəti 2024-cü ildə Salyan rayon İcra Hakimiyyəti üçün dəftərxana və təsərrüfat mallarının satınalıması üzrə 3.880,1 manat məbləğində satınalma müqaviləsi 30.04.2024-cü ildə. Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş bu məlumatlardan da görsəndiyi kimi “NUR SUPPLIER” MMC-nin qalib çıxarıldığı satınalmaların içində demək olar bütün xidmət növləri var. MMC -nin qanunun tələb etdiyi kimi müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması barədə isə heç bir məlumat yoxdu. Göründüyü kimi apardığımız kiçik bir araşdırmada bir MMC-nin müxtəlif dövlət qurumları tərəfindən keçirilmiş satınalmalarda ayrı-ayrı lotlar üzrə onlarla satınalmanın qalibi olduğu üzə çıxdı. Hansı ki, bu MMC Qəbələnin bir kəndində, bir xanımın adına yaradılmışdır. Kimdir Qəbələnin Kiçik Pirlər kəndində yaşayan Rəhimə Yusibova? Bir il əvvəl yaratdığı bir MMC ilə dövlət müəssisələrinə həm yumşaq inventarlar, dəftərxana və təsərrüfat malları alır. Qəbələnin Kiçik Pirlər kəndində bu qadının böyük biznesindən xəbəri olan varmı? Aktualinfo.org Geri qayıt |