Azərbaycanda şəkərin qiyməti ucuzlaşacaq? .....                     Overçukun İrəvandan verdiyi mesajlar: həssas məqam, təhlükəli oyunlar .....                     Razılaşmanın 2024-cü ilin sonuna qədər reallaşması gözlənilmir .....                     Zelenski BMT-də Ukrayna üzrə sülh planını təqdim edəcək .....                     Hücumun ikinci hissəsi başladı .....                     Pezeşkiandan Azərbaycanla bağlı açıqlama .....                     Mİ6 rəisinin Bakıya səfərinin məqsədi nədir? .....                     Niderland şirkəti Azərbaycan bazarından gedir .....                     Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurlayan qardaşlar saxlanılıblar .....                     Tıxacda qalan Bakı: .....                     Elman Rüstəmovun dəbdəbəli restoranı üzə çıxdı .....                     Müəllimlərə yeni status verilir? .....                     Prokuror sabiq deputat Nazim Bəydəmirliyə .....                     Fransa İrəvana niyə qucaq acdı? .....                     Vəzifəli şəxs vəfat etdi .....                     Fərid Səfərli ilə bağlı ŞOK detallar ortaya çıxdı .....                     Pezeşkian yaxın vaxtlarda Türkiyəyə səfər edəcək .....                     Bəşər Əsəd Şoyqu ilə regional məsələləri müzakirə edib .....                     Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib .....                     Valideynlər övladlarını niyə ictimai nəqliyyata etibar etmirlər? .....                     Azərbaycanda sabiq deputatın oğlu qəfil vəfat etdi .....                     Botanika İnstitutu İsveçrə Federal Tədqiqatlar İnstitutu ilə mikologiya sahəsində elmi əlaqələri genişləndirir .....                     Rusiyanın `ƏT GÜCÜ`... .....                     ABŞ Dövlət Departamentindən .....                     AYNA-nın marşrut “islahatı”: Bir addım irəli, iki addım geri... .....                     Xaricdən toyuq əti Azərbaycana 3, .....                     Paşinyan Azərbaycanla normallaşma prosesindən danışıb .....                     Lənkəranda məmurun qohumu DOST-da işdən çıxarıldı .....                     Qubadlının Mahruzlu kəndində tikilən evlər sel təhlükəsi ilə üzləşəcək .....                     Məktəbin təmirinə ayrılan vəsait “yeyilib” .....                     Rektorun Fransa sevgisi: .....                     Hacı Şahinin övladı da məktəbə başladı .....                     Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı .....                     Tokayevdən Şoltsa xəbərdarlıq: .....                     Direktor əsəbiləşdi, jurnalistin övladlarını liseydən qovdu .....                     "Azərbaycan sərhədi istədiyi yerdə çəkəcək" .....                     Sejurne İrəvanda ola-ola yeni vəzifəyə təyin olundu .....                     Orxan İsmayılov Britaniya şirkətinə rəhbər təyin edilib .....                     Qobu məktəbində təhsil bazarı: .....                     Bakıda həbsxanada .....                 

Neftçalanın inşaat biznesi maqnatları: Əsədov qardaşları... - İLGİNC FAKTLAR
Tarix: 29-08-2024, 07:00 | Çap et
Neftçalanın inşaat biznesi maqnatları: Əsədov qardaşları...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir neçə gün öncə “Şuşanın Malıbəyli kənd 432 şagird yerlik tam orta məktəb binasının tikintisi, Şuşa şəhər Peşə Təhsili Mərkəzinin əsaslı təmiri, Xocalı şəhər körpələr evi-uşaq bağçasının, Xocalı şəhər tam orta məktəbin, Xankəndi şəhəri, Kərkicahan qəsəbə körpələr evi-uşaq bağçasının və Xankəndi şəhəri, Kərkicahan qəsəbə 624 şagird yerlik tam orta məktəb binasının əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması” üzrə tenderin nəticələrini elan edib.

Satınalma portalının məlumatına görə, bir gündə altı tenderin qalibi “Sosial-İnkişaf Layihə” MMC şirkəti (VÖEN: 1301355021) olub. Qalib şirkətlə ümumilikdə 495 min manat məbləğində müqavilə imzalanıb.

Lakin Təhsil Nazirliyinin nəzdində olan Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib. Portalda qeyd olunub ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil). Bu məqam müəyyən şübhələr yaratdığı üçün araşdırma aparmaq zərurəti yarandı.

Şirkət haqqında ətraflı məlumat

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına əsasən, “Sosial-İnkişaf Layihə” Məhdud Məsuliyyətli Cəmiyyəti 10 AZN nizamnamə kapitalı ilə 2007-ci ilin aprel ayında dövlət qeydiyyatına alınıb. Hərçənd, saytlarında 2016-cı ildən etibarən fəaliyyət göstərdikləri qeyd olunub. Hazırda şirkətin qanuni təmsilçisi Elşad Böyükbala oğlu Əsədov olaraq göstərilir.

Şirkət ölkədəki yaşayış binaları, təhsil müəssisələri, ofis binaları, dövlətin inzibati binaları, ictimai-iaşə obyektlərinin layihələndirilməsi ilə məşğuldur. Məsələn, layihələri arasında Yardımlı İcra Hakimiyyətinin binası, Şəmkirdə Vergi İdarəsi, Lənkəranda Hərbi Prokurorluq, Zaqatalada rayon məhkəmə binası, Qusar Rayon İcra Hakimiyyətinin binası və digər rəsmi qurumların inzibati binaları mövcuddur. Müştəriləri arasında Elm və Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq kimi dövlət qurumları var. Xidmətlər arasında interyer və dizayn layihələri də yer alıb.

Ümumilikdə sadəcə 2019/2022-ci illər ərzində satınalma portalında müxtəlif metodlarla; istər açıq, istər gizli, istər katirovka və istərsə təkliflər sorğusu metodları ilə keçirilən tenderlər zamanı 3.029.330,10 AZN (3 milyon manatdan çox) vəsait udulub.

2020-ci ildə mətbuatda yazılan “Təhsil Nazirliyinin əksər tenderlərinin qalibi hansı şirkətdir?” başlıqlı məqalənin cavabı əlbəttə ki, “Sosial İnkişaf Layihə” MMC olub.

Şirkət kimə aiddir?

Şirkət ilk açıldığı dövrdə “KONSTRUKTOR-S” MMC kimi fəaliyyət göstərib. 2009-cu ildə isə adını dəyişərək “Sosial-İnkişaf Layihə” MMC olub.

Elşad Əsədov FHN-nin nəzdindəki Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “AzərİnşaatLayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutunun baş direktoru Səxavət Böyükbala oğlu Əsədovun qardaşıdır.

1955-ci il təvəllüdlü Səxavət Əsədov 2014-cü ildə Fövqəladə Hallar Nazirliyində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətinə görə Prezident İlham Əliyev tərəfindən ”Əməkdar mühəndis” fəxri adına layiq görülüb. 2012-ci ildə isə inşaat sahəsində səmərəli fəaliyyətlərinə görə İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Şirkətin 2007-ci ildə açıldığı zaman adının “Konstruktor-S” olması təsadüfi deyil, məhz Səxavət Əsədovun hazırki gördüyü işlə əlaqəlidir və “S” abviaturası da Səxavət mənasını verir.

Qardaşı, 1957-ci il təvəllüdlü Elşad Əsədovun “Narın” Mənzil-Tikinti Kooperativi, “Dördlər” tikinti şirkəti və “Ervaen” Məhdud Məsuliyyətli Cəmiyyəti adlı şirkətləri də mövcuddur. Elşad Əsədov həmçinin Bakıdakı Gəncə prospektində yerləşən “Fəridə” Şadlıq Sarayının, Haqverdiyev küçəsi 3 ünvanındakı “THE PLACE” pub-restoranı və “377pub” restoranın da sahibidir.

Üçüncü qardaşları, ​1963-cü il təvəllüdlü Elxan Böyükbala oğlu Əsədovun da 7 inşaat şirkəti mövcuddur: “AZƏT İNŞAAT-2018”, “İNŞAAT CLASS”, “İNŞAAT-2018”, “BUTA İNŞAAT-2018”, “İNŞAAT SERVİS-X”, “SERVİS-63” Məhdud Məsuliyyətli Cəmiyyəti və “ŞERON-63” Mənzil-Tikinti Kooperativi.

Bundan əlavə, ən kiçik, dördüncü qardaşları, 1963-cü il təvəllüdlü Rövşən Böyükbala oğlu Əsədovun da iki tikinti şirkəti var: “SƏRXAN-İNŞAAT” MMC və “SƏRXAN-İNŞAAT-X” MMC. Həmçinin onun Neftçala rayonu, H. Əliyev prospektində yerləşən kafesi və Neftçala rayonu, Dördlər kəndindəki “Dördlər” adlı şadlıq sarayı mövcuddur.

Qardaşların dördünün də, həm Bakıda, həm də Neftçala rayonunda xeyli sayda mənzilləri, iaşə obyektləri, müxtəlif biznesləri və malikanələri olduğu iddia olunur.

Azərbaycan qanunvericiliyinə görə

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bildirir ki, dövlət qulluqçusunun maddi faydaları öz qohumuna yönəltməsi ilə bağlı göstərişlərin (əmrlərin) verilməsi və təsdiqlənməsi maraqların toqquşmasına səbəb olur.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində göstərilib ki, dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

Bundan əlavə, “Dövlət satınalmaları haqqında” Qanunun 44-cü maddəsində qeyd olunur ki, ehtimal olunan qiymət 100 min manat və ondan çox olduqda, satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilir. Ehtimal olunan qiymət 100 min manatdan az olduqda, satınalmalar kotirovka sorğusu metodu tətbiq edilməklə keçirilə bilər. Bizim araşdırmada bəhsi keçən qalib şirkətlə isə birdəfəyə 180 min manat məbləğində müqavilə imzalanıb. Bu da qanun pozuntusu deməkdir.

Meydan TV əməkdaşı bir ay ərzində Elşad Əsədovla, eləcə də adıkeçən digər qardaşlarla əlaqə saxlamağa çalışsa da, münasibət öyrənə bilməyib. Elşad Əsədov ona ünvanlanmış jurnalist sorğusunu cavablandırmayıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda şəkərin qiyməti ucuzlaşacaq? - GÖZLƏNTİ
Bu gün, 19:02
Overçukun İrəvandan verdiyi mesajlar: həssas məqam, təhlükəli oyunlar - ŞƏRH
Bu gün, 19:00
Razılaşmanın 2024-cü ilin sonuna qədər reallaşması gözlənilmir - AKTUAL
Bu gün, 18:56
Zelenski BMT-də Ukrayna üzrə sülh planını təqdim edəcək
Bu gün, 18:24
Hücumun ikinci hissəsi başladı - Ukrayna ordusu Kurskda irəliləyir
Bu gün, 18:11
Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
Bu gün, 18:01
Mİ6 rəisinin Bakıya səfərinin məqsədi nədir?
Bu gün, 17:58
Niderland şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 17:52
Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurlayan qardaşlar saxlanılıblar - VİDEO
Bu gün, 17:47
Tıxacda qalan Bakı: - Problemdən çıxış yolu görünmür?
Bu gün, 17:36
Elman Rüstəmovun dəbdəbəli restoranı üzə çıxdı – ŞOK GƏLİŞMƏ
Bu gün, 17:33
Müəllimlərə yeni status verilir? - “Maaş və təqaüdləri artacaq”
Bu gün, 17:31
Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib
Bu gün, 17:29
Fransa İrəvana niyə qucaq acdı? - Detallar açıqlandı
Bu gün, 17:22
Vəzifəli şəxs vəfat etdi
Bu gün, 17:18
Fərid Səfərli ilə bağlı ŞOK detallar ortaya çıxdı - “Vəkil bizdən 5 min avro aldı, özü isə...”
Bu gün, 17:11
Pezeşkian yaxın vaxtlarda Türkiyəyə səfər edəcək
Bu gün, 17:06
Bəşər Əsəd Şoyqu ilə regional məsələləri müzakirə edib - FOTO
Bu gün, 17:00
Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib - FOTO, VİDEO
Bu gün, 16:51
Valideynlər övladlarını niyə ictimai nəqliyyata etibar etmirlər? -RƏY
Bu gün, 16:48
Azərbaycanda sabiq deputatın oğlu qəfil vəfat etdi
Bu gün, 16:47
Botanika İnstitutu İsveçrə Federal Tədqiqatlar İnstitutu ilə mikologiya sahəsində elmi əlaqələri genişləndirir
Bu gün, 16:43
Rusiyanın `ƏT GÜCÜ`... ARTIRILIR...
Bu gün, 16:38
ABŞ Dövlət Departamentindən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Bu gün, 16:35
AYNA-nın marşrut “islahatı”: Bir addım irəli, iki addım geri... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:20
Xaricdən toyuq əti Azərbaycana 3, mal əti isə 7 manata gətirilir
Bu gün, 16:16
Paşinyan Azərbaycanla normallaşma prosesindən danışıb
Bu gün, 16:14
Lənkəranda məmurun qohumu DOST-da işdən çıxarıldı - Ata-oğul avtomobili əzdilər
Bu gün, 16:13
Qubadlının Mahruzlu kəndində tikilən evlər sel təhlükəsi ilə üzləşəcək - FOTO
Bu gün, 16:10
Məktəbin təmirinə ayrılan vəsait “yeyilib” - İTTİHAM VAR...
Bu gün, 16:02
Rektorun Fransa sevgisi: - Vazeh Əsgərov 1 milyonluq noutbuk alır
Bu gün, 15:58
Hacı Şahinin övladı da məktəbə başladı
Bu gün, 15:56
Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı - DETALLAR
Bu gün, 15:51
Tokayevdən Şoltsa xəbərdarlıq: - "Rusiya yenilməzdir!"
Bu gün, 15:48
Direktor əsəbiləşdi, jurnalistin övladlarını liseydən qovdu - BU NƏDİ BELƏ?!
Bu gün, 15:47
"Azərbaycan sərhədi istədiyi yerdə çəkəcək" - Ohanyan
Bu gün, 15:39
Sejurne İrəvanda ola-ola yeni vəzifəyə təyin olundu
Bu gün, 15:38
Orxan İsmayılov Britaniya şirkətinə rəhbər təyin edilib - DOSYE
Bu gün, 15:36
Qobu məktəbində təhsil bazarı: - Direktorun dərs saatı bazarı və şagird aylığı
Bu gün, 15:32
Bakıda həbsxanada ÖLÜM
Bu gün, 15:25
Şübhəli narahatlıq... - AXI NİYƏ?
Bu gün, 15:24
Səttar Möhbalıyevin QARA İŞLƏRİ... ondan sorulacaq... - İDDİA
Bu gün, 15:22
Sərxan Kərəmoğlu Xalq artistinə “ənkə” dedi
Bu gün, 15:15
Bayılda yeni xəttə buraxılan avtobusların təkərini deşdilər - FOTO
Bu gün, 15:11
Böyükağa Şükürovun müəmmalı ölümü yenidən araşdırılacaq - DETALLAR
Bu gün, 15:09
Təhlükəli məktəb işə başladı - Müəllimlərin sayı şagirdlərdən çoxdur
Bu gün, 15:06
Revanşist Andranik Tevanyan Donetskə getdi
Bu gün, 15:00
Xanım sərnişinə "gəl qabaqda yanımda otur..." dedi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:55
Düzgün xidmət göstərməyən PROVAYDERLƏR - İnternetin sürəti niyə vəd edildiyi kimi DEYİL?
Bu gün, 14:52
Fransız şansonu zirehli texnika ilə: Ermənistan “hamısını birdən” alır - BU NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 14:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru