Əsas Səhifə > Güney Press, Reklam > Bakcell: işçilərin ixtisarı gündəmdə deyil

Bakcell: işçilərin ixtisarı gündəmdə deyil


22-01-2016, 18:09
Bakcell: işçilərin ixtisarı gündəmdə deyil
"Bakcell" işçilərini kütləvi şəkildə ixtisar etməyi planlaşdırmır.

Bunu Trend-in sorğusuna cavab olaraq Bakcell-dən bildiriblər.

Şirkətdən deyiblər ki, "Bakcell" bazarın mövcud durumunu diqqətlə müşahidə edir və hazırda şirkətin 2016-cı il üçün hazırlanmış strategiyasına yenidən baxılır: "Bununla yanaşı, biz telekommunikasiya xidmətlərinin istehlakında müəyyən azalma müşahidə edirik. Bu azalma davam edəcəyi təqdirdə, "Bakcell" müvafiq tədbirlər görməli olacaq. Lakin hazırda digərlərindən fərqli olaraq, işçilərimizi kütləvi şəkildə ixtisar etməyi planlaşdırmırıq".

Geri qayıt