Əsas Səhifə > Güney Press, Reklam > Bakcell internet paketlərini yarı qiymətə təklif edir

Bakcell internet paketlərini yarı qiymətə təklif edir


19-08-2015, 11:18
Bakcell internet paketlərini yarı qiymətə təklif edir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərinin yüksək sürətli mobil internetdən daha sərfəli qiymətlərlə faydalanmağı üçün yeni endirim kampaniyasına start verib.

14 avqust 2015-ci il tarixindən etibarən Bakcell abunəçiləri internet paketi aldıqda, kampaniya çərçivəsində ikinci eyni həcmli internet paketini yarı qiymətə əldə edə bilirlər.

40, 120, 360 və ya 600 MB həcmində istənilən internet paketini əldə etdikdən sonra, abunəçiyə ikinci internet paketin yarı qiymətə əldə edilməsi imkanı barədə məlumat SMS vasitəsilə göndərilir. İkinci internet paketini yarı qiymətə almaq üçün abunəçilərə hər dəfə 24 saat vaxt təqdim olunur.
Onu da qeyd edək ki, 4G abunəçilərinin sayına görə Azərbaycanda lider mövqeyə sahib olan Bakcell şirkəti eyni zamanda Azərbaycanda abunəçilərinə 4G rouminq xidmətlərini təqdim edən yeganə mobil operatordur. Bakcell abunəçiləri ölkə xaricində olarkən 20-dən çox rouminq tərəfdaşından hər hansı birinin şəbəkəsinə qoşularaq 150 Mbit/s çatan sürəti dəstəkləyən ən müasir LTE xidmətindən sərfəli qiymətlərlə faydalana bilərlər. Bundan əlavə, 4G rouminq xidmətindən istifadə üçün qiymətlər 3G xidmətində olduğu kimi qalır.

Geri qayıt