Əsas Səhifə > Güney Press, Reklam > Bakcell 10% bonuslu 3 AZN nominallı ödəmə kartlarının satışına başladı

Bakcell 10% bonuslu 3 AZN nominallı ödəmə kartlarının satışına başladı


18-08-2015, 11:24
Bakcell 10% bonuslu 3 AZN nominallı ödəmə kartlarının satışına başladı
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti mövcud ödəmə kartları ilə yanaşı, abunəçilərin istifadəsi üçün 3 AZN nominallı yeni ödəmə kartlarının satışına başlayıb.

İKT.lent.az-ın xəbərinə görə, Bakcell həmçinin yeni 3 AZN-lik ödəmə kartının istifadəyə verilməsi ilə yanaşı CIN abunəçiləri üçün yeni kampaniyaya start verib. Bu kampaniya çərçivəsində balansını yeni 3 AZN-lik ödəmə kartı ilə artıran CIN abunəçiləri yüklədikləri məbləğin 10%-i dəyərində bonus qacanacaqlar.

Abunəçilər əldə olunan bonusları şəbəkədaxili zəng, SMS, MMS və mobil internet üçün istifadə edə bilərlər. 3 AZN nominallı ödəmə kartlarının istifadə müddəti 30 gün təşkil edir.

Beləliklə, Bakcell şirkəti bundan sonra abunəçilərə bu nominallı kartlar təklif edəcək: 1 AZN, 2 AZN, 3 AZN, 5 AZN, 10 AZN və 20 AZN.

Yeni kartla əlaqəli kampaniya barədə məlumat əldə etmək üçün *555#YES kodunu yığmaq yetərlidir. Bu sorğu üçün abunəçinin balansından heç bir məbləğ tutulmur.

Yeni 3 AZN və digər nominallı ödəmə kartları barədə ətraflı məlumatı www.bakcell.com keçidindən istifadə edərək əldə etmək olar.

Geri qayıt