Əsas Səhifə > Güney Press, Reklam > ""Azercell" "Whatsapp"ı bağlayıb" ittihamlarına şirkətdən cavab gəldi

""Azercell" "Whatsapp"ı bağlayıb" ittihamlarına şirkətdən cavab gəldi


1-07-2015, 14:50
""Azercell" "Whatsapp"ı bağlayıb" ittihamlarına şirkətdən cavab gəldi
DİA.AZ: - "Son günlər mətbuatda gedən yazılara cavab olaraq bildirmək istərdik ki, Azercell şirkəti tərəfindən Whatsapp əlavəsinin istifadəsinə heç bir məhdudiyyət qoyulmayib və bununla bağlı şəbəkəmizdə heç bir problem qeydə alınmayıb". DİA.AZ bildirir ki, bu sözlər "Azercell"in Whatsapp-a hansısa qadağa qoyması ilə bağlı ittihamlarına şirkətdən verilən rəsmi cavabda yer alıb.

Daha sonra bildirilir:

"Məlumat üçün bildirək ki, Azercell şirkəti bu proqramdan istifadə üçün yalnız mobil internet şəbəkəsini təmin edir və bu əlavədən istifadə zamanı baş verən nasazlıqlar üçün heç bir məsuliyyət daşımır".

Geri qayıt