Əsas Səhifə > Güney Press, Reklam > Bir neçə nömrə əvəzi – Azercellim tarifi!

Bir neçə nömrə əvəzi – Azercellim tarifi!


3-06-2015, 16:45
Bir neçə nömrə əvəzi – Azercellim tarifi!
Azərbaycanın mobil rabitə bazarının lideri olan Azercell daim öz abunəçilərini sərfəli kampaniyalar, endirimli tarif paketləri və geniş sayda xidmətlərlə sevindirir. İyunun 3-dən etibarən Azercell Fakturasız xətt (SimSim) abunəçiləri üçün yeni Azercellim tarifini təqdim edir. Yeni tarif Azercell abunəçilərinə daha sərfəli danışıq imkanı yaradır. Belə ki, bu tarifə qoşulan abunəçilər indi şəbəkədaxili zənglərin 1 dəqiqəsi üçün 4, şəbəkəxarici zənglərin 1 dəqiqəsi üçün isə cəmi 6 qəpik ödəyəcəklər. Azercellim-də SMS xidmətindən istifadə 3 qəpiyə bərabərdi.
Xidmətin adı Ölçü vahidi Xidmət haqqı
(ƏDV daxil, AZN ilə)
Şəbəkədaxili zəng Hər bir dəqiqə 0,04
Şəbəkəxarici zəng Hər bir dəqiqə 0,06
SMS Hər bir ədəd 0, 03
Mobil internet Hər bir MB 0, 20
MMS Hər bir ədəd 0,10

Abunəçilər yeni tarifə qoşulmaq üçün A yazıb 7575 göndərməlidirlər. Yeni tarifdə hesablama intervalı 1 dəqiqə üzrə hesablanır. Eyni zamanda iyunun 3-dən etibarən yeni aktivləşən və ya nömrələrini operatorun şəbəkəsinə daşıyan SimSim abunəçilərinin nömrələri yeni Azercellim tarifində olacaq. Yeni aktivləşən, nömrələrini şəbəkəyə daşıyan SimSim abunəçilərinə preaktiv balans olaraq 3 AZN hədiyyə veriləcək. Preaktiv balans ölkədaxili zəng və SMS, həmçinin Mobil İnternet üçün 30 gün ərzində istifadə oluna bilər.

Azercell abunəçilərinə yay ayları boyunca yeniliklər təqdim etməkdə davam edəcək.

Geri qayıt