Əsas Səhifə > Güney Press, Reklam > Bakcell-dən Ulduzum mobil applikasiyası

Bakcell-dən Ulduzum mobil applikasiyası


29-05-2015, 15:12
Bakcell-dən Ulduzum mobil applikasiyası
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Ulduzum sadiqlik proqramının üzvləri üçün xüsusi mobil applikasiya təqdim edib. Bu pulsuz proqram sayəsində Bakcell abunəçiləri 120-dən çox Ulduzum partnyoru tərəfindən təqdim olunan müxtəlif endirim və güzəştlərdən daha asan yolla faydalana biləcəklər.

Ulduzum abunəçiləri mobil applikasiyanı telefona yüklədikdən sonra yerləşdikləri əraziyə ən yaxın olan Ulduzum tərəfdaşı haqqında məlumat ala, Ulduzum endirim kodu əldə edə, gün ərzində istifadə edilməmiş imkanlar, xərclənən və endirimli məbləğ haqqında məlumat öyrənə, endirim təqdim edən tərəfdaşların siyahısına baxa və digər yeniliklər barədə ətraflı məlumatı əldə edə bilərlər. Android əməliyyat sistemli mobil cihazlara Ulduzum apllikasiyasını https://goo.gl/pOci5l , IOS əməliyyat sistemlil cihazlara https://goo.gl/KZKuta linkindən yükləmək olar.
Abunəçilərinin sayı 1 milyondan artıq olan Ulduzum sadiqlik proqramının tərəfdaşları siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var.

Geri qayıt