Əsas Səhifə > Güney Press, Reklam > “Bakcell”dən stereotipləri sındıran İLK smartfonu

“Bakcell”dən stereotipləri sındıran İLK smartfonu


27-04-2015, 12:25
“Bakcell”dən stereotipləri sındıran İLK smartfonu
Həyatımızın bir parçasına çevrilən mobil telefonların müasirləşməsi ilə onların qiymətindəki dəyişiklik düz mütənasibdir. Yəni bu cihazların funksiyaları çoxaldıqca, insanların smartfonlara olan tələbatları da çoxalır. Nəticədə isə qiymət artımları baş verir.

Bütün bunları nəzərə alan Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti müştərilərin həm büdcəsinə uyğun, həm də həyatlarını asanlaşdıran əlverişli model təklif edib. “İLK” adlanan smartfon müasir smartfonların bütün xüsusiyyətlərinə malik olan, eyni zamanda cəmi 79 AZN qiyməti ilə çoxlarının arzusunda olduğu bir modeldir.

“İLK” smartfonu Android əməliyyat sistemində işləyərək, gözoxşayan dizayna və yeni smartfon istifadəçisinin tələblərinə cavab verən texniki xüsusiyyətlərə malikdir. Bu göstəricilər aşağıdakı kimidir:
1) Geniş 4 düymlü sensorlu ekran - smartfonun bu göstəricisi imkan verir ki, siz onun vasitəsilə iri şəkilləri tam görə, mətnləri rahat oxuya biləsiniz.

2) 1.2 GHz Quad Core prosessor - bu imkan nəticəsində isə istifadəçi smartfonun imkanlarından daha sürətli yararlana bilər.

3) RAM 512 + ROM 4GB - “İLK” smartfonunun yüksək parametrləri imkan verir ki, siz eyni zamanda bir neçə funksiyadan problemsiz istifadə edəsiniz. (Mahnıya qulaq asmaq, internetdən istifadə etmək və s.)

4) Android 4.3 əməliyyat sistemi ilə çalışan smartfonla eyni zamanda yüksək keyfiyyətli fotolar da çəkə biləsiniz. Həyatınızı tarixiləşdirmək üçün, smartfona 5 MP-lik kamera da quraşdırılıb. Eyni zamanda sosial şəbəkələrdə son zamanlar məşhur olan “selfie” şəkillərinizi də smartfona quraşdırılmış ön kameranın köməkliyi ilə çəkə bilərsiniz.

Bildiyiniz kimi, Android əməliyyat sistemi ilə işləyən smartfonlarda enerjini az saxlama problemi geniş yayılıb. Lakin bu problemin “İLK” smartfonuna heç bir aidiyyəti yoxdur. Smartfon yüksək keyfiyyətli batareya sayəsində enerjiyə 48 saata qədər qənaət edə bilir.

Sadəcə 79 AZN ödəməklə abunəçilər yuxarıdakı üstünlüklərə malik mükəmməl cihazla yanaşı, 6 ay ərzində bonus şəklində hər ay 1GB internet alacaqlar. İnternet bonusu almaq üçün abunəçi telefonunun IMEI kodunu 5810 qısa nömrəsinə yollamaqla kampaniyaya qoşula bilər.

Qeyd edək ki, “İLK” smartfonu yalnız Bakcell nömrəsi ilə istifadə oluna bilər.

Geri qayıt