Əsas Səhifə > Güney Press, Reklam > "Azercell" artıq bölgələrdə Tələbə Proqramı layihəsini həyata keçirir

"Azercell" artıq bölgələrdə Tələbə Proqramı layihəsini həyata keçirir


14-11-2014, 17:02
"Azercell" artıq bölgələrdə Tələbə Proqramı layihəsini həyata keçirir
Daim Azərbaycan gənclərinin inkişafına yönəlmiş layihələri dəstəkləyən və təhsillə bağlı bir sıra proqramlar həyata keçirən Azərbaycan rabitə bazarının lider şirkəti Azercell Telekom Tələbə Proqramı çərçivəsində bu dəfə bölgələrdə yeləşən universitetlərdə təhsil alan tələbələri sevindirdi. Belə ki, Azercell Naxçıvan Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində və Mingəçevir Politexnik İnstitutunda təhsil alan tələbələrə Bölgə Tələbə proqramına qatılmaq imkanını təqdim edir. Bölgə Tələbə proqramında qalib gələn tələbələr ali təhsillərinin sonunadək aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə və sosial fəaliyyətlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə qazanmaq şansını əldə edəcəklər.

Son müraciət tarixi noyabrın 25-ə qədər olan Bölgə Tələbə Proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan və akademik fərq yaradan tələbələrə xüsusi qayğı göstərmək, yüksək potensiallı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaq və korporativ sosial məsuliyyətli fəaliyyətlər çərçivəsində cəmiyyətə töhfə verməkdir. Proqram çərçıvəsində şirkət əməkdaşları bu günlərdə Mingəçevir Politexnik Institutuna gələrək tələbələrlə görüş keçiriblər. İnstitutun Energetika və Mexanika eləcə də İqtisadiyyat və İdarəetmə fakültələrində 200 tələbə ilə görüş keçirən şirkət təmsilçiləri Bölgə Tələbə Proqramı, Azercell-in tələbələr üçün təklif etdiyi Tələbə Birliyi Tarifi və yenicə istifadəyə verdiyi Gənc Ol proqramı haqqında məlumat verərək, müzakirələr aparıblar. Görüşün sonunda tələbələrə Azercell tərəfindən hədiyyələr paylanılıb.

Qeyd edək ki, Azərbaycanlı tələbələr tərəfindən çox maraqla qarşılanan Tələbə Proqramı 2008-ci ildən etibarən hər tədris ilində təqdim edilir. Onlar Azercell-dən təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin dəstəyilə gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar. Məlumat üçün bildirək ki, Azercell Telekom fəaliyyətə başladığı gündən gənclərin elm və təhsilinin inkişafı üçün bir sıra uğurlu layihələr həyata keçirib. Bu layihələr sırasında ölkə universitetlərində 3G və 4G laboratoriyalarının təşkili, Barama İnnovasiya Mərkəzi nəzdində reallaşan saysız uğurlu layihələr, müxtəlif Tələbə Proqramlarını xüsusilə qeyd etmək olar.

Geri qayıt