Əsas Səhifə > Güney Press, Reklam > Azercell Gənc Ol tarifi çərçivəsində PlayStation FİFA 14 Çempionatını keçirir

Azercell Gənc Ol tarifi çərçivəsində PlayStation FİFA 14 Çempionatını keçirir


21-10-2014, 15:45
Azercell Gənc Ol tarifi çərçivəsində PlayStation FİFA 14 Çempionatını keçirir
Ötən ay abunəçilərinə Gənc OL tarifini təqdim edən Azercell bu tarif çərçivəsində PlayStation FİFA 14 Çempionatı yarışmasını keçirir. 18-22 oktyabr 2014-cü il tarixində Gənc OL portalında qeydiyyatdan keçən 16 yaşını tamamlamış 1024 Azercell abunəçisi bu maraqlı yarışmaya qoşula bilər. PlayStation FİFA 14 Çempionatı 25 oktyabr 2014 tarixində Nizami kinoteatrında saat 15:00-da başlayacaq və 4 günə qədər davam edə bilər. Yarışma bir neçə tur və Böyük Finaldan ibarətdir. Yarışmada İştirakçılar PlayStation FİFA 14 futbol simulyator video oyununu oynayacaqlar. Hər mərhələdə zəif iştirakçılar ələnib, güclülər növbəti mərhələyə keçəcək və Böyük Finalda qalib müəyyənləşəcək. Böyük Final və Mükafatlandırma mərasimi Nizami kinoteatrında baş tutacaq. İştirakçıların siyahısı, yarışmanın vaxtı və digər lazımi məlumatlar oktyabrın 24-də Gənc OL portalında yayımlanacaq. Yarışmada 1-ci yeri qazanan IPhone 6 Gold (64GB), 2-ci yeri tutan mükafatçı IPad Air Wi-Fi 4G (16 GB), 3-cü yeri tutan mükafatçı isə IPad Mini Retina Wi-Fi (32GB) ilə müküfatlandırılacaq.

Məlumat üçün bildirək ki, Azercell Gənc OL tarifinə qoşulan abunəçilərə inanılmaz güzəştlər və sərfəli danışıqlar təklif edir. Gənc OL tarif paketinə qoşulmaqla abunəçilər sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilər. Belə ki, ayda cəmi 5 AZN ödəyib GəncOL5 tarif paketinə qoşulmaqla siz Gənc OL abunəçiləri arasında 300 dəq, şəbəkədaxili zənglər üçün 20 dəq, şəbəkəxarici zənglər üçün 10 dəq danışıq əldə edirsiniz. Bundan əlavə, siz hər ay 500 MB GPRS və 300 SMS-dən yararlanmaq imkanı qazanırsız. Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra Gənc OL abunəçiləri öz aralarında cəmi 2 qəpiyə danışırlar. Gənc OL 10 paketi də sizə belə sərfəli danışıq təklif edir. Burda abunəçilərə öz aralarında 800 dəq, şəbəkədaxili 50 dəq, şəbəkəxarici isə 30 dəqiqə danışıq imkanı verilir. Eyni zamanda 1 GB Mobil İnternet və 800 SMS-dən istifadə etmək imkanı qazanırsınız.

Bu endirimli və sərfəli tarif paketinə qoşulmaqla siz eyni zamanda Azercell-in abunəçiləri üçün yaratdığı əyləncəli və maraqlı Gənc OL portalından www.gencol.az yararlana bilərsiz. Portala daxil olmaqla siz eyni zamanda Genc OL tarif paketinin təklif etdiyi xüsusi endirim və kampaniyalardan faydalana bilərsiniz.

Beləliklə, Azercell hər zaman olduğu kimi öz abunəçilərini daha bir yeniliklə sevindirdi.

Geri qayıt