Əsas Səhifə > Güney Press, Reklam > Azercell-dən abunəçilərinə yeni tarif paketi

Azercell-dən abunəçilərinə yeni tarif paketi


19-09-2014, 15:21
Azercell-dən abunəçilərinə yeni tarif paketi
Azercell Telekom abunəçilərinə maraqlı sürpriz hazırlayıb. “Qafqazinfo”nun məlumatına görə, şirkət bu gün yeni Gənc OL tarifini abunəçilərinə təqdim edib. Şirkətin prezidenti Kiril Qaburiç bildirib ki, indi hər kəs Gənc OL tarifinə qoşula bilər, özü də çox asan.

Azercell-in yeni tarif paketinə qoşulmaq üçün SimSim abunəçiləri Gencol5 və ya Gencol10 açar sözünü 7575-ə göndərməlidirlər. Gənc OL tarif paketinə qoşulmaqla siz sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilərsiz. Belə ki, ayda cəmi 5 AZN ödəyib GəncOL5 tarif paketinə qoşulmaqla siz Gənc OL abunəçiləri arasında 300 dəq, şəbəkədaxili zənglər üçün 20 dəq, şəbəkəxarici zənglər üçün 10 dəq danışıq əldə edirsiniz. Bundan əlavə, siz hər ay 500 MB GPRS və 300 SMS-dən yararlanmaq imkanı qazanırsız. Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra Gənc OL abunəçiləri öz aralarında cəmi 2 qəpiyə danışacaqlar. Gənc OL 10 paketi də sizə belə sərfəli danışıq təklif edir. Burda abunəçilərə öz aralarında 800 dəq, şəbəkədaxili 50 dəq, şəbəxarici isə 30 dəqiqə danışıq imkanı verilir. Eyni zamanda 1 GB Mobil İnternet və 800 SMS-dən istifadə etmək imkanı qazanırsınız.

Bu endirimli və sərfəli tarif paketinə qoşulmaqla siz eyni zamanda Azercell-in abunəçiləri üçün yaratdığı əyləncəli və maraqlı Gənc OL portalındanwww.gencol.azyararlana bilərsiniz. Portala daxil olmaqla siz eyni zamanda Genc OL tarif paketinin təklif etdiyi xüsusi endirim və kampaniyalardan faydalana bilərsiniz.

Onu da qeyd edək ki, bütün Azercell abunəçiləri Genc OL portalına mobil telefon üzərindən pulsuz daxil ola biləcəklər.Gənc OL paketinin sizə təklif etdiyi kampaniyalara gəlincə, bu paketə qoşulmaqla siz ParkCinema-da həftənin 5 iş günü saat 09:00-dan 18:00-dək bir bilet almaqla ikincini pulsuz əldə edəcəksiz.

Bütün Gənc OL abunəçiləri endirim və kampaniyalardan www.gencol.az/benefits saytına daxil olaraq faydalana bilər.

Geri qayıt